Məhkəmə qərarları › İş №2(050)-913/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-913/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-913/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X10 (sədrlik edən), məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi (vəkil) Vəkil3, maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil2 və cavabdeh Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4 Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının doğma əmisi olan X24 xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əmisi vəfat edənə qədər qanunla birinci növbəli vərəsəsi qalmamışdır. Əmisi vəfat etdikdən sonra nə sağlığında vəsiyyətnamə qoymuşdur, nədəki qalmış mirası faktiki qəbul edib sahiblik edən qanuni vərəsələri olmamışdır. Əmisinin ikinci növbəli vərəsəsi kimi o, Rusiya Federasiyasında yaşamışdır. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Lakin miras əmlak barəsində çoxlu mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin qanunsuz olaraq verdiyi vərəsələrin dairəsi barədə arayışına əsasən Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Notariusu miras əmlaklara vərəsəlik şəhadətnaməsini yazıb vermişdir. Həmin vərəsəlik barədə verilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən maraqlı şəxslərə miras qalmış daşınmaz əmlaklara Dövlət Reyestrindən Çıxarışlar yazılıb verilmişdir. Həmin çıxarışlara əsaslanaraq daşınmaz əmlaklar ayrı-ayrı şəxsə satılmışdır. X11 miras qalmış əmlakına vərəsəlik barədə verilmiş şəhadətnamə qanunda nəzərdə tutulmuş vərəsə olmayan şəxsə Cavabdeh4 yeganə qanuni tam hüquqlu vərəsə kimi tanınmışdır. Əslində isə Cavabdeh4 miras qoyanın qanuni vərəsəsi kimi tanına bilməz. Cavabdeh4 miras qoyan X14 ögəy bacısıdır. Cavabdeh4 anası X6r. X14 anası isə Mehri Rzayevadır. Doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür ki, özünü yeganə qanuni vərəsə kimi sayan müxtəlif yollarla vərəsəlik şəhadətnaməsini əldə edən Cavabdeh4 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanun üzrə birinci növbəli vərəsəlik hüququna malik deyildir. Miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. Lakin miras qoyanın ikinci növbəli vərəsəsi kimi onun doğma qardaşı oğludur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni, yəni X25 09 oktyabr 2009-cu ildə vəfat etmişdir. Ona görə də, qanuni miras qoyanın 2-ci növbəli vərəsəsi hesab olunur. Ümumiyyətlə, istər vərəsələrin dairəsi barədə Türkoba kənd ərazi mümayəndəsinin arayışı, istərsədə Notariat Kontorunun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində vərəsələrin vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, qanun üzrə vərəsələrin vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təşkil edən sənədləri tələb etməmişdir. Notariat haqqında Azərbaycam Respublikasının Qanununun 59-cu maddəsini kobud şəkildə pozaraq məticədə qanunsuz vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də, vərəsələrin gəlməsini gözləmədən qanuni vərəsə olmayan Cavabdeh4 birinci növbəli vərəsəlik barədə şəhadətnamə vermişdir. Həmin şəhadətnamədən istifadə edən Cavabdeh4 əvvəlcə Daşınmaz Əmlak barədə miras əmlaka dair tam mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlaka dair hüquqları əldə etdikdən sonra həmin əmlaklarını maraqlı şəxslərə bağışlama müqaviləsi ilə 8000 (səkkiz min) manat dəyərində alqı-saqtı etmişdir. Əmisinin ölümündən sonra miras qalmış əmlaklarına vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh4 adına verilmiş Çıxarışın və həmin Çıxarış əsasında Maraqlı şəxs və X18 adına bağışlama müqavilələri əsasında bağışlanmış daşınmaz əmlaklara dair Çıxarışlar etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil3 məhkəmə iclasında izahat verərək bildirdi ki, ərazi nümayəndəliyi tərəfindən verilən vərəsələrin əhatə dairəsi barədə arayış yanlışdır. Belə ki, mərhumun çox sayda vərəsəsi olmasına baxmayaraq arayışda yalnız bir nəfərin adı yazılmışdır. Mərhumun vərəsələrindən olan İddiaçı sağ olmasına baxmayaraq notariusa müraciət zamanı ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda vərəsə kimi göstərilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, nümayəndəsi olduğu Maraqlı şəxs əmlakı vicdanlı əldə edən şəxsdir, ona görədə iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etdi. Cavabdeh Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhumun vərəsələrinin müəyyən edilməsi barədə arayış verilərkən heç bir səhvə yol verilməmişdir. Belə ki, Cavabdeh4 mərhumun son bir ayında onun yanında görmüşdür və onun vərəsə olması barədə arayış vermişdir. Odur ki, iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı mövqeyini də çatdırmağı zəruri hesab edilir. Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Mülki Məcəllənin 1272-ci maddəsində göstərilmiş müddət mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göstərilənlərə əsasən iddianın əsassız olması ilə bərabər, həm də bu əsasla rədd edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş olsa da, təşkilatlar məhkəmə iclasında iştirakını və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdeh təşkilatların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili), cavabdehin nümayəndələrinin və maraqlı şəxsin nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı müəyyən edilmişdir ki, İddiaçı miras qoyan X1 qardaşı oğlu, miras qoyan iddiaçının əmisidir, miras qoyan X24 xx.xx.2020-ci ildə ünvan 1ində ölüb, miras açılıb xx.xx.2020-ci ildə, Türkoba Ərazi Nümayəndəliyinin verdiyi arayışa görə vərəsə Cavabdeh4dır, Cavabdeh4 miras qoyan X14 bacısıdır, mərhumun arvadı X7 xx.xx.2004-cü ildə ölüb, Cavabdeh4 X13dur, X14 X13dur, Şövkətlə mərhum Qiyas bacıqardaşdılar, Cavabdeh4 Notariat Ofisinə ərizə verərək xx.xx.2020-ci ildə ölmüş qardaşı X11 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir, bu barədə 29 mart 2021-ci ildə müraciət edib. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib 04 iyun 2021-ci ildə X14 vərəsəsi Cavabdeh4 Fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə. İddiaçı miras qoyan X1 ölməsi barədə 2020-ci ildə məlumatlı olub, arvadı xx.xx.2021-ci ildə Azərbaycana gəlib, giriş-çıxış olub Azərbaycana, iddiaçı hüququndan istifadə etməyib. İddiaçı nümayəndəsi vəkili hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib, iddia ərizəsi xx.xx.2022-ci ildə məhkəməyə daxil olub, xx.xx.2023-cü ildə ərizə verib işin baxılmasından imtina edib, ona görə də, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Hazırki iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında 12 aprel 1984-cü il tarixdə ünvan 1 savetliyində 09 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu ildə ünvan 1ində anadan olmuşdur. Atası ---------, anası X9r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X25 09 oktyabr 2009-cu il tarixdə miokard infarkt səbəbindən Bakı şəhəri Nəsimi rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X19 28 aprel 1946-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. X13, anası X6r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X24 05 may 1935-ci ildə ünvan 1ində anadan olmuşdur. X13, anası X12r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X24 15 oktyabr 2020-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ünvan 1inda ölmüşdür. İş materiallarında olan Masallı rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(050)-2524/2022 nömrəli qətnaməsindən görünür ki, 14 oktyabr 2009-cu ildə vəfat etmiş X15 xx xxxxxx 1959-cu ildə anadan olmuş İddiaçı atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi, Masallı Rayon Qeydiyyat Şöbəsinə doğum haqqında akt qeydləri kitabında ərizəçinin adı «Daşdəmir», soyadı «Rzayev», atasının adı «Əhməd», anasının adı «Mədinə», valideynləri-atası X25, anası X16, doğulduğu tarix «xx xxxxxx 1959-cu il», doğulduğu yer «Masallı rayonu, Türkoba kəndi» yazılmaqla müvafiq qeyd aparılması qət edilmişdir. İş materiallarında olan Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 148/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh4 qarşı (üçüncü şəxslər X28 və Maraqlı şəxs) “vərəsəlik şəhadətnaməsinin, çıxarışların etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 ünvan 1ində xüsusi mülkiyyətlərində 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh4 ilə Maraqlı şəxs arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Ağayeva X17 rayonu Türkoba kəndi ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evini və onun yerləşdiyi 0.09 ha torpaq sahəsini alıcı Maraqlı şəxs mülkiyyətinə vermişdir. “Satıcı” müqavilənin 4-cü bəndinə əsasən göstərilən əmlakı 8000 (səkkiz min) manata satmış, “Alıcı” isə həmin əmlakı tam dəyərini ödəməklə satın almışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışla ünvan 1i ünvanında Cavabdeh4 mülkiyyətində olan 73.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-091A Kod 80522018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə X20 və X4 ünvan 1ində 0.09 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 01 may 2023-cü il tarixli 393 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1i ünvanında yaşamış xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi rəsmiləşdirilmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 vərəsələri Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X20 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X20 düşən paydan ibarətdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 vərəsələri vərəsəliyi qəbul etmiş, lakin vərəsəliyi rəsmiləşdirmədən xx.xx.2020-ci ildə vəfat etmiş əri X14 vərəsəsi Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X4 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X4 düşən paydan ibarətdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 vərəsələri Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsindən X20 düşən paydan ibarətdir. İş materiallarında olan JN-360 Kod 80522018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə X20 və X4 ünvan 1ində 0.17 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışla ünvan 1i ünvanında X14 və X3 mülkiyyətində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X20 və X4 ünvan 1ində xüsusi mülkiyyətə 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon İHBnin Türkoba kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 29 mart 2021-ci il tarixli, 157 nömrəli arayışında qeyd edilmişdir ki, X24 xx.xx.2020-ci il tarixdə ünvan 1ində vəfat etmişdir. Mərhumun daimi yaşadığı yer ünvan 1i olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda yaşayan vərəsəsi yoxdur. X1 qeydiyyatdan çıxıb gedən vərəsəsi bacısı Cavabdeh4dır. X1 göstərilən vərəsələrdən başqa vərəsəsi yoxdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X20 və X4 ünvan 1ində xüsusi mülkiyyətə 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, “İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə (Maraqlı şəxs) qarşı “miras əmlaka vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası vardır. Həmin iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, məhkəmənin diqqətinə analoji məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı mövqeyini də çatdırmağı zəruri hesab edirik. Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Mülki Məcəllənin 1272-ci maddəsində göstərilmiş müddət mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).” Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyindən də göründüyü kimi məhkəmə tərəfindən hazırkı məsələ ilə bağlı qanunda birbaşa nəzərdə tutulan müddət kəsici müddət olmaqla, bizim tərəfimizdən hər hansı ərizə verilib verilməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınmalıdır. Hər bir halda-Məhkəmələr tərəfindən fərqli qiymətləndirmələrin ola bilmə ehtimalını nəzərə alaraq, hazırkı ərizənin verilməsini də zəruri hesab etmişdir. Göstərilənlərə əsasən iddianın, həm də bu əsasla rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçı tərəfin nümayəndəsi və vəkili iddiaçının, miras qoyanın ölümündən sonra hansı tarixdən miras əmlakın qəbulu ilə bağlı notariusa və ya məhkəməyə müraciət edilməsinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi suallara cavab olaraq bildirmişdir ki: “Miras qoyanın ölümündən sonra elə onun yas mərasimləri zamanı Cavabdeh4 mirasa təkcə özünün yiyələnəcəyini açıq şəkildə bəyan etmiş, miras əmlakın ona çatacağını və heç kimə heç nə verməyəcəyini söyləmişdir.” Digər sullara cavabında qarşı tərəf həmçinin bildirmişdir ki: “İddiaçı, Cavabdeh4 mirası qəbul etdiyini bilsə də, həmin vaxt pandemiya dövrü olduğundan Azərbaycana gələ bilməmiş və buna görə də məhkəməyə müraciət edə bilməmişdir.” Miras qoyanın yas mərasiminə və ya ondan sonrakı hansı müddətdə iddiaçının həyat yoldaşının Azərbaycana gəlməsi ilə bağlı suala isə qarşı tərəf cavab verməkdən yayınaraq, iddiaçının həyat yoldaşının iş üzrə tərəf olmadığına istinad etmişdir. Halbuki hazırkı mülki işə hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi həm də məhz həmin məsələlərin dəqiqləşdirilməsini zəruri edir. Buna görə də, iddiaçı və onun həyat yoldaşının ölkəyə giriş-çıxışının müəyyən edilməsi zərurəti yaranmışdır. Vəkillərin özləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə müraciət edilərkən, yalnız vəkillərin təmsil etdikləri şəxslər barədə məlumatları əldə etmək mümkün olur. Qarşı tərəflərin məlumatlarının təqdim edilməsindən “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Qanunlara əsasən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə görə işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Göstərilənlərin nəzərə alınaraq, iddiaçı və onun həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X2 (AZE ********; FİN xxxxxxx) 2020-ci ildən hazıradək ölkəyə girişi və ölkədən çıxışı barədə məlumatın əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə müvafiq sorğu göndərilməsini xahiş etmişdir. İddiaçı hazırkı iş üzrə proses iştirakçısı olduğundan məhz məhkəmənin özü tərəfindən müvafiq sistem vasitəsilə onun ölkəyə giriş-çıxışının yoxlanılmasına çatımlılıq mövcuddur. Bunun mümkün olacağı təqdirdə, vəsatətin yalnız iddiaçının həyat yoldaşına münasibətdə təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında elektron informasiya sistemindən şıxarışdan görünür ki, İddiaçı sərhəddən çıxma tarixi xx.xx.2019-cu il, Nümayəndə1 sərhəddən çıxma tarixi çıxışı xx.xx.2019 - girişi xx.xx.2020, çıxışı xx.xx.2020, girişi xx.xx.2021, çıxışı xx.xx.2021, girişi xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən ünvanlanmış ərizədə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı iş üzrə miras qoyan xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Ona ölümündən qabaq xəstə olan dövrdə bir neçə ay Cavabdeh4 baxmışdır. Bu hal həm onun və Cavabdeh4 tərəfindən verilmiş izahatlar, həm də iddiaçının nümayəndəsi və vəkilinin suallarına Türkoba ərazi nümayəndəliyinin nümayəndəsinin cavabları ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, həmin nümayəndə bildirmişdir ki, mərhum miras qoyan kənddə çox hörmətli seyid olmuş, hamı onu tanımış və hörmət etmiş, xəstə olan zaman o da digər kənd sakinləri kimi dəfələrlə onu ziyarət etmiş, bu zaman orada həmişə mərhumun bacısı kimi Cavabdeh4 görmüş, mərhum özü də bacısının ona çox yaxşı baxdığını, bir bacısı olduğunu və hər şeyini ona vəsiyyət edəcəyini bildirmişdir. Buna görə də mərhum ölən zaman onlar Cavabdeh4 vərəsə kimi arayış vermişlər. Çünki iddiaçı heç vaxt həmin mənzildə qeydiyyatda olmamış, onlar iddiaçını görməmişlər və tanımırlar. Beləliklə, göründüyü kimi iddiaçı miras əmlakı nə faktiki, nə də qanuni qəbul etməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, pandemiya dövrü olduğundan iddiaçı Azərbaycana gələ bilməmiş, həmçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında problem olmuşdur. Bununla bağlı bildiririk ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməsi və notariat orqanının da məhz onun doğum haqqında şəhadətnaməsində problem olması əsası ilə notariat hərəkətlərini aparmaqdan imtina etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər bir tərəfdən iddiaçı Azərbaycana gələ bilməsə də, Rusiyadan ərizə yazıb göndərə bilərdi. Bundan əlavə, verilmiş vəsatət təmin edilərək sistemdən iddiaçının həyat yoldaşının dövlət sərhəd xidmətindən giriş-çıxışları əldə edilmiş və müəyyən edilmişdir ki, həmin dövrdə xx.xx.2021ci il tarixdə iddiaçının həyat yoldaşı Azərbaycana giriş etmişdir. Deməli, həmin vaxtı Azərbaycana giriş-çıxış olmuş və iddiaçı da istəsəydi gələrdi, həyat yoldaşı ilə ərizə göndərərdi və sair. Halbuki iddiaçı özü iddia ərizəsində (ərizənin 1-ci səhifəsinin 1-ci abzasında) göstərmişdir ki, miras əmlak barəsində tərəflərin çoxlu mübahisələri olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçı tərəfin nümayəndəsi və vəkili iddiaçının, miras qoyanın ölümündən sonra hansı tarixdən miras əmlakın qəbulu ilə bağlı notariusa və ya məhkəməyə müraciət edilməsinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi suallara cavab olaraq bildirmişdir ki: “Miras qoyanın ölümündən sonra elə onun yas mərasimləri zamanı Cavabdeh4 mirasa təkcə özünün yiyələnəcəyini açıq şəkildə bəyan etmiş, miras əmlakın ona çatacağını və heç kimə heç nə verməyəcəyini söyləmişdir.” Bu halları bilə-bilə iddiaçının miras əmlak barədə vaxtında hər hansı hərəkət etməməsi qəbul olunmazdır. İddiaçı, cavabdehin əmlakı öz adına keçirdiyini biləndən sonra da vaxtında məhkəməyə müraciət etməmiş, bununla da Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddəti də ötürmüşdür. Bundan əvvəl məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizədə göstərildiyi kimi Konstitusiya Məhkəməsinin məlum Qərarlarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr tərəfindən analoji məsələ ilə bağlı qanunda birbaşa nəzərdə tutulan müddət kəsici müddət olmaqla, hər hansı ərizə verilib-verilməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınmalıdır. Buna görə də yuxarıda göstərilən müddətlərin iddia və ya kəsici müddətlər olmasından asılı olmayaraq, iddiaçı tərəfindən bütün müddətlər buraxıldığından, buna dair iddia müddətinin tətbiqinə dair ərizə də verildiyindən əsassız iddianın həm də müddətlərin keçməsi əsası ilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, mübahisələndirilən 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən Mülki Məcəllənin və Notariat haqqında Qanunun tələblərinə əməl edildiyi üçün etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir və bu əsaslada miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bundan başqa iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə araşdırmaları və iş materilları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs alqısatqı müqaviləsi ilə əldə etdiyi əmlakı vicdanlı əldə edən şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İşin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4, Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4, Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar