Məhkəmə qərarları › İş №2(050)-927/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-927/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-927/2024 27.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğluna və Cavabdeh1 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və X5 tərəfindən ona dəymiş 3416 manat məbləğində pulun müştərək qaydada alınaraq ona ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 qohumu digər Cavabdeh1 ilə xx.xx.2023-cü ildə saat 23:00 radələrində iddiaçıya məxsus olan Masallı rayonu Sərçuvar kəndi ərazisində yeriəşən fərdi yaşayış evinin pəncərəsi açılması üsulu ilə qanunsuz daxil olaraq 1-ci mərtəbəyə daxil olaraq ona məxsus olan əşyaları-Diametri 2,2 mm, ümumilikdə uzunluğu 27 metr olan, 1 metrinin qiyməti 3 manat olmaqla, cəmi qiyməti 81 manat təşkil edən polad çubuqlar (armatur), Diametri 57 sm ümumilikdə uzunluğu 120 metr olan 1 metrinin qiyməti 8 manat olmaqla, cəmi qiyməti 960 manat təşkil edən dəmir borular, Diametri 1,6 mm ümumilikdə uzunluğu 300 metr olan 1 metrinin qiyməti 1 manat 80 qəpik olmaqla, cəmi qiyməti 540 manat təşkil edən polad çubuqları (armatur), Diametri 1,8 mm ümumilikdə uzunluğu 278 metr olan 1 metrinin qiyməti 2 manat 50 qəpik olmaqla, cəmi qiyməti 695 manat təşkil edən polad çubuqları (armatur), cəmi qiyməti 80 manat olan 1 dəst VAZ-2106 markalı avtomobilin sükanının dartma mexanizmi (tiaqası) bir ədədinin qiyməti 100 manat olmaqla, cəmi 200 manat təşkil edən VAZ-2106 markalı avtomobilin 2 ədəd sükan qapağını (rulavoy kalonka), bir ədədinin qiyməti 30 manat olmaqla, cəmi 60 manat təşkil edən VAZ-2106 Markalı avtomobilin 1 cüt ön (fara) işıqlarını, bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 80 manat təşkil edən VAZ-2106 markalı avtomobilin 4 ədəd amortizatorlarını, cəmi qiyməti 300 manat təşkil edən avtomobil üçün nəzərdə tutulmuş açar dəsti, bir ədədinin qiyməti 80 manat təşkil edən Aqidel markalı su nasosunu bir ədədinin qiyməti 70 manat təşkil edən bıçaq itiləmək üçün nəzərdə tutulmuş elektirik mühərriki, bir ədədinin qiyməti 40 manat təşkil edən avtomobili qaldıncı qurğunu (danqrat), bir ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 75 manat təşkil 3 ədəd avtomobil travesini (ortazat), bir ədədinin qiymətinin 20 manat təşkil edən kiçik həcmli qaz balonu Bir ədədinin qiyməti 100 manat təşkil edən 8 litr həcmli kömür samovar Bir ədədinin qiyməti 10 manat təşkil edən sapı taxtadan olan çəkic, bir ədədinin qiyməti 5 manat təşkil edən dəmir ling (lom), bir ədədinin qiyməti 15 manat təşkil edən sapı taxtadan olan baltanı və 1 ədədinin qiyməti 5 manat təşkil edən sapı taxtadan olan mismar çıxaran çəkici gizli yolla oğurlamışlar. Ümumilikdə 3416 manat maddi ziyan vurmuşlar. Masallı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-6/2024 nömrəli hökmünə əsasən X3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tütulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdınlması cazasına məhkum edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikasmın CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 ( i k i ) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)- 6/2024 nömrəli hökmünə əsasən İddiaçı ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müıaciət etmək hüququ izah edilmişdir. Bu günə qədər ona 3416 manat məbləğində dəymiş maddi ziyan ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(050)-6/2024 saylı hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, X2 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Cavabdeh1 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti X1 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ********************) köçürülməsi, cinayət işi üzrə maddi sübut 1 ədəd samovar, 1 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd dəmir ling (lom) və 1 ədəd mismar çıxaran çəkicinin zərərçəkmiş şəxs İddiaçı qaytarılması nəzərə alınması, zərərçəkmiş şəxs İddiaçı ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində qeyd edilmişdir ki, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin hüquqi mövqeyinə görə iş materiallarına əlavə edilmiş hökmlə məlum olur ki, Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlu və Cavabdeh1 zərərçəkmiş şəxs İddiaçı qarşı xeyli miqdarda, yəni 3416 manat məbləğində ziyan vurmaqla oğurluq etmələrinə görə təqsirli bilinmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlu və Cavabdeh1 təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlləri ilə İddiaçı maddi ziyan vurmuşlar. Bu səbəbdən iddia təmin edilməklə cavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlundan və Cavabdeh1 3416 (üç min dörd yüz on altı) manat məbləğində pul və ödənilmiş 59 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlundan və Cavabdeh1 müştərək qaydada 3416 (üç min dörd yüz on altı) manat maddi ziyana görə pul və 59 (əlli doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar