Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-947/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı QSC-nin direktoru X1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, 16 iyun 2022-ci il tarixli, LN0148995-2022 saylı borc müqaviləsinin 3.6-cı bəndinə əsasən borc verənin bu müqavilənin 3.5-ci bəndində göstərilən hüququndan istifadə zamanı həmin bənddə nəzərdə tutulmuş halların baş verməsi və ya mövcudluğu müəyyən edildikdən sonra borc verən borc alana borcun vaxtından əvvəl qaytarılması barədə yazılı bildiriş göndərir və borc alan bu bildirişi aldığı tarixdən 5 təqvim günü müddətində tələb olunan məbləği borc verənə ödəməlidir. Göründüyü kimi iddiaçı ilk olaraq borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərməli olduğu halda bunu etməmiş və cavabdeh tərəfin bu məsələ ilə bağlı imtinasını almadan və ya etmiş olduğu müraciətdə müəyyən olunmuş müddətdə cavab almadan birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə izah edir ki, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehə etdiyi müraciətə müsbət nəticə əldə etmədiyi təqdirdə və bu barədə mübahisə yarandıqda işə məhkəmə icraatı qaydasında baxılması mümkündür. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-947/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-947/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver