Məhkəmə qərarları › İş №2(050)-963/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-963/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-963/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(050)-1286/2018 saylı qətnaməsi ilə 12 iyun 2009-cu il təvəllüdlü X2 və 26 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 300 manat olmaqla, iki uşaq üçün 600 manat sabit pul məbləğində müəyyən edilməsi və əlavə xərclərə görə (uşağın xəstəliyi ilə əlaqədar) hər ay 200 manat məbləğində pul tutularaq ona ödənilməsi və mediasiya prosesində ödənilmiş 60 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuşdur və nikahları Masallı Rayon Qeydiyyat şöbəsində 19 noyabr 2009-cu il tarixli, 350 saylı nikah qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 iyun 2009-cu il təvvəlüdlü X6 və 26 avqust 2010-cu il təvəllüdlü X7 adlı uşağları olmuşdur. Cavabdeh əri ilə münasibətləri yaxşı olmadığı üçün ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(050)-1286/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulması, övladları 12 iyun 2009-cu il təvəllüdlü X6 və 26 avqust 2010-cu il təvəllüdlü X7 onun himayəsində saxlanılmaları və onların saxlanılması üçün Cavabdeh hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən kəsilmiş 120 manat aliment pulu ilə bir uşağı maddi cəhətdən təmin edə bilmir. Ona görə ki, maddi vəziyyəti ağırdır, uşaq pulu verilmir, sosial yardım almır. Kəsilən aliment uşağın tələbatlarını ödəmir. Uşağların məktəbli olmasına görə, uşağlara dərs ləvazimatı, paltar lazım olduğu üçün cavabdeh ərindən bir uşaq üçün 300 manat aliment tələb edir. Cavabdeh işləyir pul qazanır, özü üçün xərcləyir, uşağa pul ödəmir. X5 yüngül dərəcəli əqli geriliyi vardır, xəstə olduğundan və ona daimi nəzarət lazım olduğundan uşağları ancaq cavabdehin ödədiyi aliment pulu ilə saxlamağa çalışır ki, buda həmin aliment pulu az olduğundan artıq mümkün deyildir. Buna görə də, hesab edir ki, onun iddia tələbi təmin edilməli, Masallı Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(050)-1286/2018 saylı qətnaməsi ilə 12 iyun 2009-cu il təvvəlüdlü X2 və 26 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 300 manat olmaqla, iki uşaq üçün 600 manat sabit pul məbləğində müəyyən edilməli və əlavə xərclərə görə (uşağın xəstəliyi ilə əlaqədar) hər ay 200 manat məbləğində pul tutularaq ona ödənilməli və mediasiya prosesində ödənilmiş 50 manat pul tutularaq ona ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və ərizəsində iddianı qimən qəbul edərək, uşağın saxlanılması üçün hər uşağa görə 30 manat aliment pulunun artırılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin məktubundan görünür ki, X4 müəyyən edilmiş diaqnoza görə Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F70.1, Nitq artikulyasiyasının spesifik pozuntuları F80.0 xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 12 iyun 2009-cu ildə Masallı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 26 avqust 2010-cu ildə Masallı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)- 1286/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı ilə Masallı rayonu Qeydiyyat şöbəsində bağlanmış 19 noyabr 2009-cu il tarixli 350 saylı nikah qeydi pozulması, 12 iyun 2009-cu il təvəllüdlü X6 və 26 avqust 2010-cu il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanması, Cavabdeh 30 mart 2018-ci il tarixdən başlayaraq 19 noyabr 2009-cu il tarixli 350 saylı nikah qeydi pozulması, 12 iyun 2009-cu il təvəllüdlü X2 və 26 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, əlavə olaraq Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Məhkəmə iddianın cavabdehin uşağın müalicəsinə çəkiləcək əlavə xərclərə cəlb olunması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd olunan xərclərə görə hər ay 100 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulmasına etirazını bildirmiş, iddiaçı isə həmin xərclərin məhz hansı məbləğdə olması barədə məhkəməyə yazılı sübut təqdim etmişdir. Lakin məhkəmə cavabdehin qeyd olunan etirazını həmin xərclərin möcudluğu kimi qəbul edərək hesab edir ki, iddia qeyd olunan hissədə 100 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-1286/2018 saylı qətnaməsi ilə 12 iyun 2009-cu il təvəllüdlü X2 və 26 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilərək İddiaçı verilsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 12 iyun 2009-cu il təvəllüdlü X2 müalicə xərci üçün hər ay 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar