Məhkəmə qərarları › İş №2(050)-972/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-972/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-972/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 8.000 ABŞ dollarının hazırkı dövr üçün manata münasibətdə təşkil etdiyi 13.600 (on üç min altı yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə dostu vasitəsi ilə tanış olmuşdur. Bu səbəbdən də aralarında münasibət və etibar yaranmışdır, 2022-ci ildə yaşadığı Rusiya Federasiyasından aralarındakı qarşılıqlı razılaşmaya əsasən Cavabdeh 32.000 ABŞ dolları dəyərində taxta materialları göndərmişdir. Qəfər həmin taxtanın pulunun 24.000 ABŞ dollarını ona versə də, həmin taxta pulundan ona 8.000 ABŞ dolları hazırkı dövr üçün manata münasibətdə 13.600 (on üç min altı yüz) manat borcu qalmışdır. O, dəfələrlə Qəfərə zənglər edərək pulunu tələb ets də, cavabdeh əvvəllər pulu tezliklə göndərəcəyini desə də, sonradan verməmiş və göndərməmişdir. Hətta telefonda onun nümayəndəsi ilə kobud danışaraq ölümlə hədələmişdir. Bu səbəbdən də məcbur qalıb bu barədə aidiyyatı üzrə Masallı rayonu Polis Şöbəsinə rəsmi olaraq müraciət etmişlər. Masallı rayon PŞ-nin TB-in təhqiqatçısı polis baş leytenantı Xalid Qurbanov tərəfindən təhqiqat aparılmış və həmin bölmənin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınaraq ona pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmilşdir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Belə ki, Masallı RPŞ-nin TB-də araşdırma aparılarkən Cavabdeh rəsmi izahat verərək göstərmişdir ki, cavabdeh ondan aralarındakı qarşılıqlı razılığa əsasən 32.000 ABŞ dolları dəyərində taxta almış, həmin taxtanın pulunun 24.000 ABŞ dollarını ona vermiş və 8.000 ABŞ dolları hazırkı dövr üçün manata münasibətdə təşkil etdiyi 13.600 (on üç min altı yüz) manat borcu qalmışdır. Eləcə də həmin izahatında Cavabdeh maddi vəziyyətinin yaxşı olmaması səbəbindən pulunu qaytara bilmədiyini 2022-ci ilin oktyabr ayının sonuna kimi pulunu qaytaracağına söz vermişdir. Bundan başqa hazırda da cavabdeh ona olan borcundan ilk olaraq müəyyən məbləq verəcəyini, daha sonra qalan pulları da hissə-hissə ödəyəcəyini bildirsə də yenə də vədinə əməl etməyərək bu vaxta kimi ona heç bir məbləğdə pul ödəməmişdir. Cavabdeh ona olan həmin borcu etiraf etsə də, qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də məcbur qalıb həmin pulun tələbinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin puldan başqa Cavabdeh ondan hazırda etiraf etmədiyi 7.000 (yeddi min) manat başqa bir borcu da vardır ki, həmin pulla əlaqədar ayrıca iddia ilə məhkəməyə müraciət edəcəkdir. Həmçinin, o, fiziki şəxsdir və cavabdehlə arasında heç bir müqavilə olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 14 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh ifadə verərək bildirmişdir ki, onun hazırda İddiaçı 8000 (səkkiz min) ABŞ dolları borcu qalmışdır və maddi imkanı olmadığı və pisləşdiyi üçün borcunu ödəyə bilməmişdir, 2022-ci ilin oktyabr ayının sonuna kimi Abdulrəhmana olan borcunu qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borclu qaldığı pulu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə tərəfin izahatını müqayisəli təhlil edərək işin mübahisəsiz halları kimi onu müəyyən edir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh ilk olaraq iddiaçıdan 32000 ABŞ dolları məbləğində pulu taxta almaq üçün almış, daha sonra bocun 24000 ABŞ dolları hissəsini iddiaçıya qaytarmışdır. Lakin qalıq qalmış 8000 ABŞ dolları pul məbləğini iddiaçıya ödəməmişdir. İddiaçı hazırda cavabdehdən 8000 ABŞ dolları mənləğində borc məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə məhkəmədə iddiaya münasibətini bildirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yekun olaraq 32000 ABŞ dolları məbləğində pulu taxta almaq üçün cavabdehə verilməsi və cavabdeh tərəfindən ümumilikdə iddiaçıya 24000 ABŞ dolları ödəniş edilməsi mülki işin mübahisəsiz halı olduğundan, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun tam şəkildə geri qaytarılmış olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaya dair münasibət bildirməmişdir. Həmçinin, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 14 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçıya 8000 (səkkiz min) ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə) məbləğində pul və 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar