Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000004235 saylı kredit razılaşması üzrə 10852.83 ABŞ dolları məbləğində kredit borcu, 3073.17 ABŞ dolları məbləğində faiz borcu və 4844.77 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18770 ABŞ dolları 77 sent məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 saylı evin Cavabdeh1 mülkiyyətindəki 6 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 18770 ABŞ Dolları 77 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 6 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 05L000002516 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17R000004235 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000004235S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 9147.17 ABŞ Dolları ödəmiş, onun 10852.83 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 419 gün üçün hesablanmış faiz borcu 3073.17 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 419 gün üçün hesablanmış cərimə 4844.77 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 17S000004665 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 isə xx.xx.2012-ci il tarixli 05S000006016 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 17M000000544 saylı ipoteka müqaviləsinə əsasən, Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 6 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 53 №-li reyestr kitabının 76 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 6 nömrəli mənzilinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda olan Cavabdeh3 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş xx.xx.2016-cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh3 ölmüşdür. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli ipoteka müqaviləsinin ləğv olunması və Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 11 nömrəli evin 6 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-yə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2 (103)-8996/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmədən iddianın kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsinə, Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 iddia ərizəsi verilməmişdən əvvəl öldüyündən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi Cavabdeh3 münasibətdə xitam edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05L000002516 saylı kredit xətti müqaviləsinə əsasən kredit alana 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17R000004235 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17R000004235S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 17S000004665 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 isə xx.xx.2012-ci il tarixli 05S000006016 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İşdə olan xx.xx.2013-cü il tarixli 17M000000544 saylı ipoteka müqaviləsinə əsasən, Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 6 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş əlavə edilmişdir. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktublarından görünür ki, banka olan 10852.83 USD əsas borc, 1612.01 USD faiz borcu və 2830.77 USD cərimə borcu həmin cavabdehlərə xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan arayışdan görünür ki, 17R000004235 saylı kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 10852.83 ABŞ dolları, faiz üzrə borc 3073.17 ABŞ dolları və cərimə borcu 4844.77 ABŞ dolları olmaqla, cəmi borc 18770.77 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2 (103)-8996/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin ləğv olunması və Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 11 nömrəli evin 6 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-yə aid edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən cavabdeh İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 Saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Cavabdeh3 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamış və hazırda hər hansı əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 Saylı vəkil bürosunun vəkili Şahin Sadıqova ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh3 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 Saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, mərhum Cavabdeh3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24208 nömrəli, xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli 17R000004235 saylı kredit razılaşması müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx.xx.2016-cı il tarixinə "xxxx" QSC-yə olan borcu 12.345,75 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, o cümlədən: əsas borc üzrə 10.040,17 ABŞ dolları, faiz borcu üzrə 2.305,58 ABŞ dolları borcu müəyyən edilmişdir. Məhkəmə işin qanuni həll edilməsi zamanı ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və nəzərə alır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 05L000002516 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17R000004235 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000004235S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 17S000004665 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 isə xx.xx.2012-ci il tarixli 05S000006016 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər, həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 17M000000544 saylı ipoteka müqaviləsinə əsasən, Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən 11 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 6 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ipoteka müqaviləsi ləğv edilmiş və Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 11 nömrəli evin 6 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixdə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərmişdir. Əsas borclu Cavabdeh3 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, lakin ondan nə daşınar, nə də daşınmaz əmlak miras qalmamamışdır. Ona görə də iddiaçı bank Cavabdeh3 ödənilməmiş kredit borcunun ödənilməsini müştərək qaydada cavabdehlər, zaminlər Cavabdeh1 və Cavabdeh2 tələb etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Bununla belə vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Hazırkı iş üzrə borclu olmuş Cavabdeh3 xx.xx.2015-ci il tarixdə vəfat etsə də, ondan daşınar və daşınmaz əmlak miras qalmamamışdır. Göründüyü kimi əsas borcludan miras əmlak qalmadığına, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşdığına görə əsas öhdəliyin vərəsələr tərəfindən icra edilməsi mmkün olmamışdır. Belə olan halda iddiaçı bankın zaminlərə, yəni iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2n qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlər, zaminlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17R000004235 saylı kredit razılaşması üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Həmin Qərarın 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun məbləği iddia ərizəsində, həmçinin maliyyə arayışında 10852.83 ABŞ dolları məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 10040.17 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Əsas borcun məbləği ekspert rəyində göstərilən məbləğdə, yəni 10040.17 ABŞ dolları məbləğində qismən əsaslıdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz məbləğinə münasibətdə qeyd edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi əsas borca hesablanmış faiz məbləği, kredit müqaviləsinin ləğvindən sonrakı dövrü də əhatə etdiyindən, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də əsas borca hesablanmış faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə qismən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə borcun hissə-hissə icrasından birtərəfli qaydada imtina edərək, borc məbləğinin tam həcmdə ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu göndərmişdir. Bununla da iddiaçı tərəf birtərəfli iradə ifadəsini cavabdehlərə bildirmişdir. Həmin tarixdən də kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmişdir. İddiaçının cavabdehlərdən yalnız müqavilənin ləğvindən əvvəl əsas borca hesablanmış 1612.01 ABŞ dolları məbləğində faiz borcunu tələb etmək hüququ yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2016-cı il tarixdə borcun ödənilməsinə dair cavabdehlərə xəbərdarlıq məktubu göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 1612.01 ABŞ dolları məbləğində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmədiyinə görə işə verilmiş iddia tələbi həddində baxılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10040.17 ABŞ dolları əsas, 1612.01 ABŞ dolları faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 812 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 812 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka qoyulmuş əmlak satıldıqdan sonra qeydiyyatda olanların və yaşayanların həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2 (103)-8996/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin ləğv olunması və Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 11 nömrəli evin 6 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-yə aid edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən cavabdeh İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10040.17 ABŞ dolları əsas kredit borcu, 1612.01 ABŞ dolları faiz borcu, 812 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12464.18 ABŞ dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.040,17 (on min qırx ABŞ dolları on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 1612,01 (bir min altı yüz on iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu, 812 (səkkiz yüz on iki) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12464.18 (on iki min dörd yüz altmış dörd ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb İddiaçı QSC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver