Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-10/2023 10.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(051)-2776/2018 saylı 17 oktyabr 2018-ci il tarixli əmri ilə tələb təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2281/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi təmin olunmuş, 17 oktyabr 2018-ci il tarixli, 2(051)- 2776/2018 saylı məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ********* nömrə və “İphone 7” markalı mobil telefon 18 ay müddətinə cavabdehin istifadəsinə verilmişdir. Abunə müqaviləsi əsasında Cavabdeh ********* nömrədən istifadə etmişdir. Cavabdeh müqavilənin şərtlərinə görə abunə xidmətini ödəməli idi. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 1944.01 manat borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsindən görünür ki, ********* nömrə və “İphone 7” markalı mobil telefon cavabdehə verilmişdir. İşə əlavə edilmiş hesab fakturalarından görünür ki, Cavabdeh ********* nömrədən və “İphone 7” markalı mobil telefondan istifadəyə görə 1944.01 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə müqavilə bağlayaraq ********* nömrəsindən və “İPhone 7” markalı mobil telefondan istifadə etmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş hesab fakturalardan görünür ki, cavabdehin İddiaçı MMC-yə 1944.01 manat borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 1944.01 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 1944.01 (bir min doqquz yüz qırx dörd manat bir qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-10/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-10/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver