Məhkəmə qərarları › İş №2(051)-1001/2020

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1001/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1001/2020 24.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurənin Nizami qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : «xxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********10958 və **********67384 olan Samsung Galaxy A6 və Nokia 130 markalı telefon, Samsung Microsdhe.Evo yaddaş kartı üçün, 56 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 61 manat borc, 20 manat dövlət rüsumu, cəmi 81 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının numayəndəsi məhkəməyə teleqram göndərərək cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPMnin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10958 və **********67384 olan Samsung Galaxy A6 və Nokia 130 markalı telefon, Samsung Mıcrosdhe.Evo yaddaş kartı almış, 61 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 880 manat olan İMEİ kodu **********10958 və **********67384 olan Samsung Galaxy A6 və Nokia 130 markalı telefon, Samsung Mıcrodsdhe.Evo yaddaş kartı üçün ümumilikdə 61 manat olmaqla, ondan 56 manat ödənilməmiş hissə, 20 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 824 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmi. Məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də, xx.xx.2019cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********10958 və **********67384 olan Samsung Galaxy A6 və Nokia 130 markalı telefon, Samsung Microsdhe.Evo yaddaş kartı üçün, 56 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 61 manat borc, 20 manat dövlət rüsumu, cəmi 81 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 61 manat məbləğdə borcu var. İşə əlavə olunmuş ********* saylı xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən İMEİ kodu **********10958 və **********67384 olan Samsung Galaxy A6 və Nokia 130 markalı telefon, Samsung Mıcrodsdhe.Evo yaddaş kartı almışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına kredit qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və girov müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 21,51 manat məbləğdə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 61 (altmış bir)manat pul alınıbİddiaçı MMC-yəverilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar