Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1006/2021 24.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında 25 aprel 2016-cı il tarixli № 12-2687 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh 3691 manat əsas borcu, 658 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla cəmi 4369 manat pul vəsaitinin, ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31.02.2017-ci il tarixli, 2(051)-1396/2017 saylı məhkəmə əmri ilə ərizə təmin olunmuş, məhkəmənin 28.04.2021-ci il tarixi qərardadı ilə sözügedən məhkəmə əmri borclu Cavabdeh 27.04.2021-ci il tarixli etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3551.76 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 355.25 manat faiz borcu, cəmi 3907 manat və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 25 aprel 2016-cü il tarixli № 12-2687 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 3908 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan kredit və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda borclunun banka 3691 manat əsas borcu, 658 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla cəmi 4369 manat borcu vardır. Daha sonra, iddiaçı bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cəmi 3907 manat - bundan 3551.76 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 355.25 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmiş, Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla cavabdeh -Cavabdeh arasında bağlanmış, 25 aprel 2016-cü il tarixli № 12-2687 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh bankdan 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 3908 manat borc almışdır. İşdə olan 25 aprel 2016-cü il tarixli 84 nömrəli ödəniş tapşırığından görünür ki, X1 25 aprel 2016-cı il tarixdə “İddiaçı “ASC-nin Səbail filialından 3907 manat 65 qəpik vəsait almışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 25.05.2016– 25.04.2019-cu illər ərzində hər ay krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23.01.2017-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçı “ASC-yə 3691 manat əsas, 658 manat faiz, 20 manat cərimə borcu vardır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı “ASC –nin 08.01.2021-ci il tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 21.02.2017-ci il tarixli 2(051)-1396/2017 saylı məhkəmə əmri üzrə öhdəlik yerinə yetirilməmiş və hal-hazırda cavabdehin sözügedən məhkəmə əmri üzrə bank qarşısında əsas borc öhdəliyi 3551,76 manat təşkil edir. İşdə olan 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Feruz oğlunun 25 aprel 2016-cü il tarixli № 12-2687 saylı kredit müqaviləsi üzrə 30.04.2021-ci il tarixinə yaranmış əsas borcu 3551,76 manat, müqvilə öhdəliyini icra etmədiyinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz dərəcəsi ilə borcu isə 355 manat, cəmi 3907,01 manat təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 25 aprel 2016-cı il tarixli № 12-2687 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 3907manat 65 qəpik məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 3551.76 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faiz dərəcəsi ilə hesablanmış 355.25 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cəmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 3551.76 manat əsas və 355.25 manat faiz borcu olmaqla, cəmi 3907,01 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 25 aprel 2016-cü il tarixli № 12-2687 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3551.76 manat əsas və 355.25 manat faiz borcu olmaqla, cəmi 3907,01 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununa əsasən kreditor məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərkən ödədiyi 20 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə əmri ləğv edilərək iddia icraatı qaydasında işə baxıldığından, qeyd edilən qanuna əsasən ödənilməmiş 10 manat dövlət rüsumu da Cavabdeh alınıb elektron hökumət portalına ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2016-cı il tarixli № 12-2687 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 3551.76 (üç min beş yüz əlli bir manat yetmiş altı qəpik) manat əsas və 355.25 (üç yüz əlli beş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 3907 (üç min doqquz yüz yeddi) manat 1 qəpik məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, ödənilməmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul alınıb elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1006/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1006/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver