Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1020/2024 05.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh və onun vəkili Vəkil, İİİ şəxs: X1 iştirakı ilə İddiaçı Cavabdeh və İİİ şəxs X2 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və 14 noyabr 2008-ci il təvəllüdlü Leyla və 23 may 2012-ci il təvəllüdlü Alsu adlı uşaqlarının Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 25 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun əridir. Onlar 30 yanvar 2008-ci ildə nikaha girməklə evlənmişlər. Evləndikdən sonra o onun atasından miras qalmış fərdi yaşayış evi olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 25 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Ona məxsus əşyalar həmin mənzilə yerləşdirilmişdir. Mənzilin həyətyanı torpaq sahəsi olduğundan faktiki 2 hissəyə bölməklə orada cavabdehin anası və qardaşı Elşad Abdullayevlə yaşayırlar. Ancaq hər ikisinin evə girişi ayrıdır və hər bir hissə üçün ayrıca sayğac quraşdırılmışdır. Birgə evlilikdən onların 14 noyabr 2008-ci il təvəllüdlü Leyla, 23 may 2012-ci il təvəllüdlü Alsu adlı uşaqları olmuşdur. Cavabdeh onlara yaşadıqları mənzildən istifadə hüququ versədə, mənzilə qeydiyyata düşə bilmirlər. Çünki onlardan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 25 saylı evin, 1 saylı mənzilin digər mülkiyyətçisi Elşad Abdullayevində razılığını tələb edirlər. Halbuki, o ərinə məxsus hissədən onlara istifadə hüququnun verilməsini istəyir. Odur ki, məhkəmədən onun və 14 noyabr 2008-ci il təvəllüdlü Leyla və 23 may 2012-ci il təvəllüdlü Alsu adlı uşaqlarının Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 25 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçının tələbi Cavabdeh yönəlmişdir. Belə ki, həmin mübahisəli mənzil Elçin və Elşad arasında bölüşdürülmüş və hazırda onlar hər biri özlərinə məxsus yerdə yaşayırlar. İddiaçının uşaqları ilə birgə yaşadığı yer Cavabdeh məxsus olan ərazidə yerləşir. Ona görə də cavabdeh iddianın təmin edilməsinə etiraz etmir. Elşad isə ona aid olmayan bir şeyə etiraz edir. İİİ şəxs X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Yalan deyirlər. Ev bölünməyibdir. Kommunal təsərrüfatı cəhətdən bölünmüş və onun suyunu və qazını kəsmişlər. Anasının pensiyası hesabına bir təhər kommunal ödənişləri həll etmişdir. Bəli 1\2 payda bölünmüşdür. Getsin 50% bölsün və ona dair çıxarış alsın. Sonra kimi istəyirsə, qeydiyyata salsın İşə əlavə olunmuş AZ-İ seriyalı, 382304 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 yanvar 2008-ci ildə bağlanmış 43 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 23 may 2012-ci il təvəllüdlü X4 və 14 noyabr 2008-ci il təvəllüdlü X3 adlı uşaqların ataları Cavabdeh anaları isə İddiaçıdır. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47 kv.m olan mənzil üzərində Cavabdeh ½ hissədə və X1 ½ hissədə paylı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, ünvan 1 mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin hallarını və müvafiq qanunvericilik aktlarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nikah 30 yanvar 2008-ci il tarixdə bağlanmış və həmin tarixdən etibarən iddiaçı mübahisə edilən mənzildə yaşamışdır. Məhkəmə iclası zamanı cavabdeh iddiaçının mübahisəli mənzildə istifadə hüququnun tanınmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, işə əlavə olunmuş sənədləri tədqiq edərək belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ vardır. Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmunundan görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Buradan da göründüyü kimi iddiaçı və cavabdeh hal-hazırda birgə nikahda olduqlarından və ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehin ½ hissə payı olduğundan cavabdeh ilə birgə yaşayan ailə üzvləri, yəni arvadı olan iddiaçı və onların uşaqları yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçı və 14 noyabr 2008-ci il təvəllüdlü Leyla və 23 may 2012-ci il təvəllüdlü Alsu adlı uşaqların ünvan 1 ünvanda yerləşən mənzilinə istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ət e t d i : İddia təmin edilsin. İddiaçı və 14 noyabr 2008-ci il təvəllüdlü Leyla və 23 may 2012-ci il təvəllüdlü Alsu adlı uşaqların ünvan 1 ünvanda yerləşən mənzilinə istifadə hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1020/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1020/2024
05.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver