Məhkəmə qərarları › İş №2(051)-1022/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1022/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1022/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı “Azəriqaz” X3 Regional İstismarı İdarəsinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3633,55 manat borcunun abonentin **********00000 saylı koduna və 57.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı,Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1022/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı “Azəriqaz” X3 Regional İstismarı İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, Cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2021 ci il, 198 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir.(müqavilə ərizəyə əlavə edilir). “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin Mingəçevir şəhəri üzrə Ağcabədi xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adma rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2019-ci il tarixdən yaranmağa başlamışdır.Hazırda istifadə etdiyi təbii qaza görə abonenti 3633,55 manat borcu yaranmışdır, (abonentin saldosu əlavə edilir). Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsədə borclu həmin məbləği hələdə ödəməmiş qalmaqdadır. Cavabdeh, onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3633,55 manat borcunun abonentin **********00000 saylı koduna və 57.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı,Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Mingəçevir şəhəri ünvan 1 ünvanında yaşayır. O, həmin evdə tək yaşayır. Qeyd edir ki, ona hesablanmış borc 25 günə o qədər təşkil edə bilməz. Qətnamə çıxarılrsa onun həmin borcu ödəməyə maddi imkanı yoxdur. Lakin qeyd olunan qədərdə olmasa borcun az hissəsini hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan Abonentin Saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə olan borcu 3633,55 manat təşkil edir. İşdə olan X1 Mingəçevir Xidmət Sahəsi tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən debitor borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə qaz təchizatının dayandırılacağı və aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 9/4253 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 3633,55 manat təşkil edir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin tədqiqi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh Məmmədov X2 şəhəri, ünvan 1 ünvanında yaşayır və X6 Sahəsinin xidmət sahəsində olan təbii qaz sayğacından fərdi yaşayış evində istifadə edir. Lakin cavabdeh sayğac üzrə 3633,55 manat dəyərində təbii qazdan istifadə etsə də, hazırki vaxtadək yaranmış debitor borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011–ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.5–ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, habelə yuxarıda təsvir olunan Qaydaların tələblərini kobud şəkildə pozmuşdur ki, göstərilənlərin nəticəsində onun sayğac üzrə 3633,55 manat debitor borcu yaranmışdır. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3633,55 manat borcunun abonentin **********00000 saylı koduna və 57.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı,Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyidir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə,qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə iclasında iddiacının öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirə bilmişdir. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3633,55 manat borcunun abonentin **********00000 saylı koduna və 57.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı,Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülsün. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar