Məhkəmə qərarları › İş №2(051)-1026/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1026/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1026/2021 08.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı ASC–nin nümayəndəsi X3 oğlunun Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1379.57 ABŞ dolları əsas borc, 895.25 ABŞ dolları faiz borcu, cəmi 2274.82 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 01 iyun 2015-ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 48 ay müddətinə 2770 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. 19.04.2019-cu il tarixdə bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin hesabına 881,54 ABŞ dolları kompensasiya məbləği ödənilmişdir. Ondan sonra bank tərəfindən cavabdehin xarici valyutada əsas borcları (ABŞ dolları ekvivalentində) 2497,69 ABŞ dollarına 1498,61 manat kompensasiya hesablanmış və 01.04.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 3843,89 manat olmaqla ondan 1498, 61 manat kompensasiya məbləği çıxılmış və yerdə qalan 2345,27 manat əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif olunmuşdur. Lakin cavabdeh verilən təklifi qəbul etməmişdir. Hazırda cavabdehin banka 1379.57 ABŞ dolları əsas kredit borcu, 895.25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2274.82 ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. Bu səbəbdən təmsil etdiyi bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə bank arasında bağlanmış 01 iyun 2015ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 1379.57 ABŞ dolları əsas kredit borcu, 895.25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2274.82 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında və məhkəmə iclası zamanı izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, həqiqətən 01 iyun 2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2770 ABŞ dolları məbləğində pulu illik 29 faiz olmaqla, 48 ay müddətinə qaytarmaq şərtilə götürmüşdür. İddia tələbi ilə razı deyil. Belə ki, İddiaçıla kredit müqaviləsinin vaxtı 31.05.2019-cu il tarixində qurtarmışdır. Müqavilənin vaxtı qurtarandan iki il sonra və Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-il tarixli problemli kreditlərin həlli ilə əlaqədar verdiyi Fərmanına əsasən, məhkəməyə kredit borcu ilə əlaqədar iddianın verilməsinin hüquqi əsası yoxdur. Müqavilədə ABŞ dolları yazılması faktı onun istəyinə uyğun olmamışdır. İddiaçı tərəfindən 01.04.2019-cu və 23.04.2019-cu il tarixlərində ona verilmiş problemli kreditlərin kompensasiyası ilə əlaqədar məlumat vərəqlərindən aydın görünür ki, 1379.57ABŞ dolların məzənnəsi 2345.27 manatdır. Bu məbləği İddiaçı rəhbərliyi restrukturizasiya məbləği, 2345.27 manatı kimi təqdim etmişlər. Əslində, bu məbləğ restrukturizasiya məbləği yox, devalvasiya məbləğidir. Yəni onun kreditinin devalvasiya zamanı manatla artmış hissəsidir. İddiaçıın 1379.57 ABŞ dolları tələbi devalvasiya məbləği olduğunu riyaziyyat qanunlarına istinadən subutu vardır. O, 4 il müddətinə 2770 dolların 29%- də nəzərə alınsa, 4710.36 dollar borc ödəməlidir. 4710.36 dolların manata məzənnəsi 4945.86 manatdır. İddiaçı ASC-nin Mingəçevir filialı tərəfindən verdiyi sənəddə onun 20.06.2015-ci il tarixindən 22.05.2019-cu il tarixinədək ödənişi və 29.05.2019-cu il tarixindəki 130 manatla birlikdə, ümumi ödənişi 4946.74 manat olduğu müəyyən edilmişdir. Bu sənəd subutdur ki, o, məzənnəyə uyğun ödənişini vaxtında, layiqincə yerinə yetirmişdir. İddiaçıın xidmət haqqı 166.2 dollar, sığorta haqqı 138.5 dollar olmuşdur. İkisinin cəmi 304.7 dollardır. Onun 2014-cü ilin fevral ayında manatla götürdüyü kreditdən İddiaçı verdiyi sənəddə 1056 manat qalıq borcu vardı. 1056 manatın dollara münasibətdə 1005.8 dollardır. Xidmət haqqı, sığorta haqqı və qalıq borcunun dollara nisbətdə cəmi 1310.5 dollardır. Göründüyü kimi 15.06.2015-ci il tarixində, kredit götürdüyü günü 1310.5 dollar nəğd yerindən İddiaçıın özündədir. Ona çatan məbləğ 1459.5 dollardır. Əgər devolvasiyaya qədər ödədiyi 630 dolları nəzərə alınsa, 1459.5 dollardan çıxılsa, 829.5 dollar qalar. Ona görə də İddiaçı tərəfindən devalvasiya zamanı kreditinin manatla artmış hissəsinin və ona hesablanmış dəbbə pulunun ödənilməsi ilə əlaqədar verdiyi iddia tələbi Konstitusiyanın 19.3-cü maddəsinə, MM-nin 439.1 və 439.7 maddələrində və cənab Prezidentin 28.02.2019-cu il tarixindəki fərmanının 1.2, 3.1 maddələrinin tələblərinə ziddir. Hesab edir ki, hazırki, iddia ona qarşı əsassız olaraq qaldırılmışdır. Bu səbəbdən iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2015-ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank cavabdehə illik 29 faiz olmaqla 48 ay müddətinə 2770 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən 15.04.2021-ci il tarixdə verilmiş arayışından görünür ki, bank tərəfindən 19.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin hesabına 881,54 ABŞ dolları kompensasiya məbləği ödənilmişdir. 01.06.2019-cu il tarixə Cavabdeh banka olan əsas borcu 1379.57 ABŞ dolları, faiz borcu 895.25 ABŞ dolları olmaqla, cəmi borcu 2274.82 ABŞ dolları təşkil edir. İşdə olan 23.04.2019-cu il tarixdə cavabdehə ünvanlanmış problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, cavabdehin xarici valyutada əsas borcları (ABŞ dolları ekvivalentində) 2497,69 ABŞ dollarına 1498,61 manat kompensasiya hesablanmış və 01.04.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 3843,89 manat olmaqla ondan 1498, 61 manat kompensasiya məbləği çıxılmış və yerdə qalan 2345,27 manat əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif olunmuşdur. İşdə olan cavabdehə ünvanlanmış 03.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 01 iyun 2015-ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 48 ay müddətinə 2770 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə 98,13 ABŞ dollarıqaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də bank tərəfindən 19.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin hesabına 881,54 ABŞ dolları kompensasiya məbləği ödənilmişdir. Ondan sonra cavabdehin xarici valyutada əsas borcları (ABŞ dolları ekvivalentində) 2497,69 ABŞ dollarına 1498,61 manat kompensasiya hesablanmış və 01.04.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 3843,89 manat olmaqla ondan 1498, 61 manat kompensasiya məbləği çıxılmış və yerdə qalan 2345,27 manat əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizayiya olunması təklif olunmuşdur. Cavabdeh təklifi qəbul etməmişdir. Hazırda cavabdehin 1379.57 ABŞ dolları əsas kredit borcu qalmış və krediti ödəmədiyinə görə iddiaçı bank tərəfindən əsas məbləğə 895.25 ABŞ dolları isə faiz hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 01 iyun 2015-ci il tarixdə predmeti pul məbləği olan 09-15-11-024802 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 48 ay müddətinə 2770 ABŞ dolları məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay 98,13 ABŞ dolları olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz məbləği hissəsi işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin 01.04.2019-cu il tarixinə xarici valyutada əsas kredit borcu (ABŞ dolları ekvivalentində) 2497,69 ABŞ dolları olmuş, iddiaçı bank tərəfindən 19.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin hesabına 881,54 ABŞ dolları kompensasiya məbləği ödənilmiş, həmçinin cavabdehin 01.04.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 3843,89 manat müəyyən edilmiş və ondan 1498, 61 manat kompensasiya məbləği çıxılmaqla qalan 2345,27 manat məbləğində əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizayiya olunması təklif olunmuşdur. Cavabdeh təklifi qəbul etməmişdir. Göründüyü kimi iddiaçı bank tərəfindən yalnız 2345,27 manat əsas kredit məbləği restruktrizasiya olunması üçün cavabdehə təklif edilmiş, lakin faiz məbləği nəzərə alınmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, bank tərəfindən cavabdehin əsas kredit borcuna müqavilə müddəti ərzində hesablanmış faiz borcu artıq silinmişdir. Belə olan halda İddiaçı bankın müqavilə müddəti bitdikdən sonra restruktrizayiya olunması təklif olunan əsas məbləğə, cavabdeh təklifi qəbul etməsə belə, yenidən faiz hesablaması, Fərmanda qarşıya qoyulan məqsədə ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Həmin Fərmanın 28.02.2019-cu il tarixli Fərmanının 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.1-ci bəninə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcuna hesablanmış faiz borcu əsaslı deyildir. Bunula yanaşı, məhkəmə cavabdehin kredit müqaviləsi bağlanan zaman mövcud olmuş məzənnə ilə hər ay ödəniş etməsinə istinad edərək borcunu tam şəkildə ödəməsi ilə bağlı bildirdiklərinə qiymət verərərk hesab edir ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh hər ay kredit borcunu kredit müqaviləsi bağlanan zaman mövcud olmuş məzənnə üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış məbləğdən az ödədiyi üçün iddiaçı bank kredit müqaviləsində nəzərdə tutulmuş qaydada öhdəliyi lazımi şəkildə icra etmədiyinə görə cavabdehin ödədiyi məbləğin çox hissəsini ilk növbədə kredit üzrə hesablanmış faizlərin, qalan az hissəsini isə kreditin əsas məbləğinin ödənilməsinə yönəlmişdir. Ona görə də cavabdehin əsas məbləğ üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 01 iyun 2015-ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh cəmi 1379.57 ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı banka ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2015-ci il tarixli 09-15-11-024802 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh cəmi 1379.57 (bir min üç yüz yetmiş doqquz dollar əlli yeddi sent) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar