Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1043/2020 03.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Cavabdeh Alı qızının iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh Alı qızına qarşı borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: “xxxxxxxxxxxxxxxx” MMC Cavabdeh Alı qızına qarşı 116.28 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 136.28 manat pulun onun xeyrinə tutulması ilə bağlı məhkəmə əmri verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cəmi 136.28 manat pulun Cavabdeh Alı qızından tutulub “xxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi barədə 2 (051)-1766/2018 №li xx.xx.2018-ci il tarixli əmr vermişdir. Cavabdeh həmin əmrə etiraz verdiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(051)- 1766/2018 №li xx.xx.2018-ci il tarixli əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi, həmçinin, məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək 6.28 manat pulun tutularaq “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh Alı qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinə əsasən ********* nömrə və “HuaweiN560” markalı mobil telefon hər ay 29.9 manat ödənilmək şərti ilə 12 ay müddətinə cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərə əməl etməmiş, nəticədə borcu yaranmışdır. Hazırda cavabdehin 6.28 manat borcu qalmışdır. Həmin borcun Cavabdeh Alı qızından tutulub, “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Alı qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun iddiaçıya borcu qalmamışdır. O, pensiya alır. Məhkəmənin xx.xx.2018-ci il tarixli əmri ilə ondan cəmi 136.28 manat tutulub, “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borcun tutulması onun pensiyasına yönəldilmiş, borc tamamilə onun pensiyasından, “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmuşdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh Alı qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli Abunə müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, Cəmiyyətin xidmətlərindən istifadə ilə bağlı ********* nömrə və “Huawei N 560” markalı mobil telefonu İddiaçı MMC Cavabdeh Alı qızına verməyi, Cavabdeh 12 ay müddətinə, hər ay 29.9 manat ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh Alı qızının xx.xx.2018-ci il tarixə borcu 116.28 manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş 20.08.22-ci il tarixli ərizəsində göstərilir ki, cavabdehin hazırda 6.28 manat borcu qalmışdır. İşə əlavə olunmuş Dövlət X2 X3 Mingəçevir səhər filialın xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, Cavabdeh Alı qızının sosial pensiyasından 136.28 manat borc İddiaçı MMC-yə, 9.50 manat isə icra xərci tutulmuşdur. Tutulma başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı MMC Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini, nəticədə 6.28 manat borcu qaldığını bildirərək həmin borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin iddiaçı cavabdehin həmin məbləğdə borcu qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi üzrə cəmi 136.28 manat pulun cavabdehdən tutulması barədə xx.xx.2018-ci il tarixli məhkəmə əmri verilmiş, məhkəmə əmri icra olunması üçün göndərilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi Dövlət X2 X3 Mingəçevir səhər filialının xx.xx.2020-ci il tarixli məktubundan isə görünür ki, Cavabdeh Alı qızının pensiyasından 136.28 manat borc İddiaçı MMC-yə, 9.50 manat isə icra xərci tutulmuşdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 360-cımaddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı” MMC-nin Cavabdeh Alı qızına qarşı 6.28 (altı manat iyirmi səkkiz qəpik) manat pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1043/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1043/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver