Məhkəmə qərarları › İş №2(051)-1047/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1047/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1047/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçıASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 13-Y-2-0-855-14 №li kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 221.94 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 221.94 manat əsas borc və 3.82 manat faiz borc, 0.43 manat cərimə və kredit müqaviləsi üzrə 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 57.80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 283.99 manat kredit borcu yaranmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci madddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümükündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 13-Y-2-0- 855-14 №li kredit müqaviləsindən görünür ki, həmin müqavilə cavabdehin restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin 60 ay müddətinə ödənilməsi məqsədilə bağlanılır, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 221.94 manat əsas borc və 3.82 manat faiz borc, 0.43 manat cərimə və kredit müqaviləsi üzrə 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 57.80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 283.99 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 221.94 manat əsas borc və 3.82 manat faiz borc, 0.43 manat cərimə və kredit müqaviləsi üzrə 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 57.80 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 283.99 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, həmin borc cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 221.94 (iki yüz iyirmi bir manat doxsan dörd qəpik) manat əsas borc və 3.82 (üç manat səksən iki qəpik) manat faiz borc, 0.43 (qırx üç) qəpik cərimə və kredit müqaviləsi üzrə 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 57.80 (əlli yeddi manat səksən qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 283.99 (iki yüz səksən üç manat doxsan doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat alınıb İddiaçı ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar