Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1051/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı BOKT Aqrarkredit QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi və girov predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT Aqrarkredit QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi və girov predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh əsas borc üzrə 2476.78 (iki min dörd yüz yetmiş altı manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 55.25 (əlli beş manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan, 46.3 qram çəkisi, 583 əyyar olan bir ədəd yolka sep, 17 qr çəkisi, 583 əyyari olan bir ədəd yolka bilərzik, 29.1 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya sep, 13.5 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya qolbaq olan qizil-zinət əşya1arına yönəldilərək aciq hərracda satılmasina və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabina yönəldilməsinə, satişdan əldə olunan vəsait borc məbləğindən artiq qalan hissəsinin Cavabdeh ogluna qaytarilmasi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X1 o1una dair sənədlər S-LMK-172 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “"xxxx" ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra "Borcalan") arasında xx.xx.2014-cu il tarixində L- 403-AZN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 18 ay müddətinə 2600 (iki min alti yüz) manat kredit verilmidir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2014-cu il tarixində L-403-AZN sayli girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 46.3 qram çəkisi, 583 əyyar olan bir ədəd yolka sep, 17 qr cəkisi, 583 əyyari olan bir ədəd yolka bilərzik, 29.1 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya sep, 13.5 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya qolbaq olan qizil-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2476.78 (iki min dörd yüz yetmiş alti manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat məbləğ təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Lakin, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli L-403-AZN saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 22 % olmaqla, 18 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli L-403-AZN saylı girov müqaviləsindən görünür ki, Cavabdeh ilə bank arasında bağlanmış L-403-AZN saylı kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə borcluya məxsus 3715 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşdə olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2476.78 (iki min dörd yüz yetmiş alti manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2018-ci il tarixli S-LMK-172 saylı təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlər satın alınmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli L-403-AZN saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 22 % olmaqla, 18 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə bankla cavabdeh arasında eyni tarixli və eyni saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 3715 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. Bundan sonra "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun xx.xx.2016-cıil tarixədək 2476.78 (iki min dörd yüz yetmiş alti manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat borcu yaranmışdır. Ona görə də iddiaçı tələbin cavabdehə məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh Aqrarkredit ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016–cı il tarixə 2476.78 (iki min dörd yüz yetmiş alti manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2476.78 (iki min dörd yüz yetmiş alti manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qirx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat pul alınıb iddiaçı təşkilata verilməlidir. Məhkəmə tələbin girov qoyulmuş əmlaka yönəldilməsi, girov qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh iddiaçı təşkilata olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə edilmiş vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi Cavabdeh tərəfindən girov qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli girov müqaviləsindən görünür ki, cavabdehə məxsus 46.3 qram cəkisi, 583 əyyar olan bir ədəd yolka sep, 17 qr çəkisi, 583 əyyari olan bir ədəd yolka bilərzik, 29.1 qr çəkisi, 750 əyyar olan bir ədəd italya sep, 13.5 qr çəkisi, 750 əyyar olan bir ədəd italya qolbaq olan qizil-zinət əşyaları kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə girov qoyulmuşdur. Belə olan halda, iddiaçı təşkilatın girov predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 55,25 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2476.78 (iki min dörd yüz yetmiş altı manat, 78 qəpik) manat, faiz borcu üzrə 1048.58 (bir min qırx səkkiz manat, 58 qəpik) manat olmaqla cəmi, 3525.36 (üç min beş yüz iyirmi beş manat, 36 qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT MMC–yə verilsin. Tələb, Cavabdeh məxsus 46.3 qram çəkisi, 583 əyyar olan bir ədəd yolka sep, 17 qr çəkisi, 583 əyyari olan bir ədəd yolka bilərzik, 29.1 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya sep, 13.5 qr çəkisi, 750 əyyar olan bir ədəd italiya qolbaq olan qizil-zinət əşyalarına yönəldilsin, həmin girov predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 3525.36 (üç min beş yüz iyirmi beş manat, otuz altı qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT MMC-yə verilsin. Satışdan əldə olunacaq vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,25 (əlli beş manat iyirmi beş qəpik) manat pul alınıb İddiaçı BOKT MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadəı edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1051/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1051/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver