Məhkəmə qərarları › İş №2(051)-1053/2023

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1053/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1053/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə» dair mülki işə Qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2421.92 (iki min dörd yüz iyirmi bir manat 92 qəpik) manat məbləğində əsas borc, 1337.98 (bir min üç yüz otuz yeddi manat, 46 qəpik) manat məbləğində faiz borcu, cəmi 3759.90 (üç min yeddi yüz əlli doqquz manat, 90 qəpik) manat həmçinin ödənilmiş 57.60 (əlli yeddi manat, 60 qəpik) məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh məxsus olan, 583 əyyarlı 10,6 qram çəkisi olan 1 sep paxlava; 583 əyyarlı 3.6 qram çəkisi olan qolbaq, 583 əyyarlı 9,5 qram çəkisi olan 2 ədəd kişi üzüyü, 583 əyyarlı 3,8 qram çəkisi olan klon kitab, 583 əyyarlı 16,7 qram çəkisi olan 3 ədəd sırğa, 583 əyyarlı 9,5 qram çəkisi olan BR dəst olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-in Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-LMK-171 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. tərəfindən "xxxx" ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2013-cü il tarixdə, L-461-AZN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 18 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə, L-461-AZN saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 583 əyyarlı 10,6 qram çəkisi olan 1 sep paxlava; 583 əyyarlı 3.6 qram çəkisi olan qolbaq, 583 əyyarlı 9,5 qram çəkisi olan 2 ədəd kişi üzüyü, 583 əyyarlı 3,8 qram çəkisi olan klon kitab, 583 əyyarlı 16,7 qram çəkisi olan 3 ədəd sırğa, 583 əyyarlı 9,5 qram çəkisi olan BR dəst olan bir ədəd italiya qolbaq olan qızılzinət əşyaları girov qoyulmuşdur. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Ona görə də məhkəmədən Cavabdeh 2421.92 (iki min dörd yüz iyirmi bir manat 92 qəpik) manat məbləğində əsas borc, 1337.98 (bir min üç yüz otuz yeddi manat, 46 qəpik) manat məbləğində faiz borcu, cəmi 3759.90 (üç min yeddi yüz əlli doqquz manat, 90 qəpik) manat həmçinin ödənilmiş 57.60 (əlli yeddi manat, 60 qəpik) məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh məxsus olan, 583 əyyarlı 10,6 qram çəkisi olan 1 sep paxlava; 583 əyyarlı 3.6 qram çəkisi olan qolbaq, 583 əyyarlı 9,5 qram çəkisi olan 2 ədəd kişi üzüyü, 583 əyyarlı 3,8 qram çəkisi olan klon kitab, 583 əyyarlı 16,7 qram çəkisi olan 3 ədəd sırğa, 583 əyyarlı 9,5 qram çəkisi olan BR dəst olan qızıl-zinət əşylarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı tərəfin nümayəndəsi işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İşə əlavə olunmuş 11 oktyabr 2013-cü il tarixli, L-461-AZN nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 22% tətbiq edilməklə, 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2013-cü il tarixli, L-461-AZN saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq sep paxlava, braslet, kişi üzüyü 2 ədəd, klon kitab, sırqa 3 ədəd, komplekt BR Girov qoyulmuşdur. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmi 3605.13 manat borcu vardır. İşə əlavə olunmuş kredit borcunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Cavabdeh xəbərdar edilmişdir ki, 10 (on) gün müddətinə qeyd olunan borcuyla bağlı ödənişi etsin. Əks təqdirdə əsas borc üzrə 2421,92 manat, faiz borcu üzrə 1337,98 manat olmaqla, cəmi borc 3759,90 manat borcun ondan tutulmasına və tutmanın girov predmetinə yönəldilməsinə dair iddia tələbi ilə onlar tərəfindən məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 424.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənsiin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh 2421.92 (iki min dörd yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində əsas borc, 1337.98 (bir min üç yüz otuz yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 3759.90 (üç min yeddi yüz əlli doqquz manat, doxsan qəpik) manat borc tutularaq İddiaçı BOKT QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 57.60 (əlli yeddi manat, altmış qəpik) manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2421.92 (iki min dörd yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində əsas borc, 1337.98 (bir min üç yüz otuz yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 3759.90 (üç min yeddi yüz əlli doqquz manat, doxsan qəpik) manat borc tutularaq İddiaçı BOKT QSC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 57.60 (əlli yeddi manat, altmış qəpik) manat pul Cavabdeh tutulub İddiaçı BOKT QSC-yə ödənilsin. Borcun ödənilməsi “Girov təminatı Aktı”nda qeyd edilmiş Əmlaka – 583 əyyarlı 10,6 qram çəkisi olan 1 sep paxlava; 583 əyyarlı 3.6 qram çəkisi olan qolbaq, 583 əyyarlı 9,5 qram çəkisi olan 2 ədəd kişi üzüyü, 583 əyyarlı 3,8 qram çəkisi olan klon kitab, 583 əyyarlı 16,7 qram çəkisi olan 3 ədəd sırğa, 583 əyyarlı 9,5 qram çəkisi olan BR dəst olan qızılzinət əşyalarına tutma yönəldilsin. Həmin əmlakların açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulsun. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar