Məhkəmə qərarları › İş №2(051)-1054/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1054/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1054/2022 19.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 11.400 manat borc pulun ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, İddiaçı Cavabdeh uzun illərdir ki, tanıyır, onunla bir rayondan olmaqla yanaşı, həm də yaxın qohumu olan baldızının yoldaşıdır. 1993-cü ildə Ağdam rayonu erməni quldurları tərəfindən işğal olunandan sonra o, ailə üzvləriylə birlikdə Mingəçevir şəhərinə pənah gətirərək, burada məskunlaşmışlar. Cavabdeh da həmin vaxtdan mingəçevir şəhərində məskunlaşmışdır. Əvvəllər Cavabdeh ilə münasibələri yaxşı olmuşdur. Bir gün Cavabdeh onunla görüşərkən ona vacib pula ehtiyacı olduğunu bildirmişdir. O da yaxın qohumluq əlaqələri olduğunda, yəni baldızının yoldaşı olduğundan Cavabdeh özündə olan qəpik-qəpik yığdığı pulu borc olaraq, aralarında heç bir faiz olmadan Cavabdeh vermək qərarına gəldi. O, İddiaçı 2019-cu ildə özündə olan 11.400 manat pulu aralarında heç bir faiz və təmənna olmadan baldızının yoldaşı olduğundan Cavabdeh borc olaraq verdi. Qeyd edir ki, Cavabdeh 11.400 manat pulu borc verdikdən sonra onların bir yaxın qohum kimi münasibətləri bir müddət daha da yaxınlaşdı və Cavabdeh ondan aldığı borc pulu yaxın bir neçə ay müddətinə qaytaracağını söz verdi. O, İddiaçı 11.400 manat pulu borc olaraq Cavabdeh verdikdən sonra, qaytarmağa söz verdiyi vaxt borcunu geri istədikdə aralarında mübahisə yarandı və pulunu geri istədikdə onunla münaqişə etməyə başladı. O, Cavabdeh günahı ucbatından xeyli miqdarda ziyana düşərək bankdan kredit götürüb ona verdiyindən banka kredit faizi ödəmişdir. O, dəfələrlə Cavabdeh və ailə üzvlərindən verdiyi borc pulu geri istəsə də, pulu geri qaytarmır. Cavabdeh ondan 11.400 manat borc pul almasını yaşadıqları qəsəbədə qonşular və əksər insanlar bilirlər. Məhkəmə prosesi zamanı həmin şəxslər mhəkəməyə şahid kimi izahat verməyə gələcəklər. Cavabdeh ondan aldığı borc pulun məbləği 11.400 manat təşkil edir. O, Cavabdeh hər dəfə pulun geri qaytarılmasını xahiş etdikdə o, ilk vaxtlar pulu qaytarmağı söz verirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən Cavabdeh 11.400 manat borc pulun ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı etiraf etdi və əlavə olaraq göstərdi ki, iddianı qəbul edir. Həqiqətən, İddiaçı 11.400 manat borcu olduğunu etiraf edir. Borcu hissə-hissə və 2022-ci ilin dekabr ayından sonra ödəməyə hazırdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işə əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddianı qəbul edir. Həqiqətən, İddiaçı 11.400 manat borcu olduğunu etiraf edir. Borcu hissə-hissə və 2022-ci ilin dekabr ayından sonra ödəməyə hazırdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı 11.400 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Tərəflər arasındakı şifahi əqd borclu tərəfindən pozulmuşdur. Belə ki, kreditor ona borc olaraq 11.400 manat pul vermiş borclu isə öhdəliklərinə əməl etməmiş və borcunu ödəməkdən imtina etmişdir. Beləliklə, Cavabdeh İddiaçı 11.400 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh 11.400 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 11.400 (on bir min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar