Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1058/2022 20.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 4000 (dörd min) manat borc pulun və ödədiyi 60 manat 40 qəpik alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, təmsil ediyi şəxs Cavabdeh uzun müddətdir ki, tanıyır, onlar birlikdə musiqi məktəbində həmkar kimi çalışmışlar. Cavabdeh 2020-ci ildə ondan əri Polşa Respublikasına işləməyə getmək üçün borc pul istəmişdir. Bu məqsədlə xx.xx.2020-ci ildə 1800 (bir min səkkiz yüz) manat borc almışdır. xx.xx.2020-ci ildə 2000 (iki min) manat borc alaraq öz sağlamlığında olan problemləri həll etmək üçün istəmişdir və xx.xx.2021-ci ildə 500 (beş yüz) manat alaraq öz ehtiyacları üçün borc pul alaraq 2022-ci ilin yanvar ayına qədər cəmi 4300 (dörd min üç yüz) manat qaytaracağına dair iltizam imzalamışdır. Lakin öhdəlik üzrə cəmi 300 (üç yüz) manat qaytarmışdır. Cavabdeh qalan borcun məbləğini qaytarmamışdır və hər dəfə bir bəhanə edərək borcu borcu qaytarmaqdan imtina edir. Nəticədə ona cəmi 4000 (dörd min) manat borcu yaranmışdır. Odur ki, məhkəmədən Cavabdeh ona olan 4000 (dörd min) manat borc pulun və ödədiyi 60 manat 40 qəpik alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdi və məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, həqiqətən, İddiaçı 4300 manat məbləğində borc almışdır. Borcundan müəyyən vaxtlarda ödənişlər etmiş və onun cəmi 2000 manat məbləğində borcu qalmışdır. Sonradan əri əməliyyat keçirdiyindən maddi vəziyyəti pisləşmiş və borcunu qaytara bilməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə 1800 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2021-ci il tarixdə 500 manat məbləğində borc pul vermişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Nümayəndə və İddiaçı evlidirlər. Məhkəmə cavabdehin izahatında bildirdiyi fikirlərlə iş materiallarına əlavə olunmuş sənədləri müqayisəli şəkildə təhlil edərək hesab edir ki, cavabdeh iddiaçıdan 4300 manat məbləğində borcu etiraf etmişdir. Borcundan sonradan ödəniş etdiyini və iddiaçıya 2000 manat məbləğində borcu qaldığını bildirsə də, bu fikrini sübut edə biləcək hər hansı sübut təqdim etməmiş yalnız formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 1800 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2021-ci il tarixdə 500 manat məbləğində borc pulu Cavabdeh borc vermişdir. Tərəflər arasındakı əqd borclu tərəfindən pozulmuşdur. Belə ki, kreditor ona borc olaraq cəmi 4300 manat pul vermiş, borclu 300 manat məbləğində borcunu qaytarsa da, sonradan öhdəliklərinə əməl etməmiş və borcunu ödəməkdən imtina etmişdir. Beləliklə, Cavabdeh İddiaçı 4000 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respblikası MPM-in 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh 4000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 60 manat 40 qəpik məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1058/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1058/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver