Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1063/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X5 qızının katibliyi, İddiaçı və Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır, o cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulan zaman məhkəmənin qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq ona ödəniləsi qət edilmişdir. Sonradan maddi vəziyyətində dəyişikliklər olduğu üçün alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, məhkəmə tərəfindən müəyyən edilmiş alimetin miqdarı artırılaraq ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, 175 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Özü işləmir, həmçinin uşağı anadan gəlmə «Hipermetropiya» xəstəliyindən əziyyət çəkir və əlavə xərclərə ehtiyaçı vardır. Bu da uşağın normal inkişafına və problemlərinin həllinə maneçilik törədir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi X3 iddia qəbul etməyərək bildirdi ki, cavabdeh onun oğludur, oğlu xəstəliyinə görə əməliyyat olunmuş və hələlik hes bir yerdə işləmir. İddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği oğlunun ödəməyə imkanı çatmır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin bununla belə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb eşmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 676205 saylı, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları var. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 31.032.2022-ci il tarixli, 2(050)-664/2022 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə tərəfinqdə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, iiddaçı cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulan zaman məhkəmənin qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödəniləsi qət edilmişdir. Sonradan iddiaçının maddi vəziyyətində dəyişikliklər olduğu üçün alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, məhkəmə tərəfindən müəyyən edilmiş alimetin miqdarı artırılaraq ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, 175 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Belə ki, iddiaçı işləmir, həmçinin uşağı anadan gəlmə «Hipermetropiya» xəstəliyindən əziyyət çəkir və əlavə xərclərə ehtiyaçı vardır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin hapnsı miqdarda olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədi. Bu səbəbdən də məhkəmə elektron portal vasitəsi ilə cavabdehin Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmasını və vergi ödəyicisi olmasını müəyyən etdi. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən Ailə Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbi rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə əsasən 2023-cü il yaşayış minimum uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 220 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-664/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 220 manat müəyyən edilsin və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutlamsı qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1063/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1063/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver