Məhkəmə qərarları › İş №2(051)-1076/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1076/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1076/2021 14.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı 198 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov məhkəməyə ərizə göndərərək bidirmişdir ki, Cavabdeh balıq ehtiyatlarına vurulan 198 manat zərəri tam ödəmişdir. Ona görə də iddiadan imtina edir və həmin tələb üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş 01.06.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 198 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiadan imtina olunması tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyil. Ona görə də iddiadan imtina qəbul olunmalıdır. Həmçinin, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar