Məhkəmə qərarları › İş №2(051)-1088/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1088/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1088/2020 05.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şəhər təsərrüfatına vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Kür çayında gəmi gəzintisi ilə məşğul olan Cavabdeh1 və Cavabdeh2 sahil boyu qurlaşdırılmış məhəccəri özbaşına kəsmələri nəticəsində şəhər təssərrüfatlarına vurduqları 186 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Mingəçevir şəhər Yaşıllaşdırma və X5 şəhər İcra Hakimiyyətinə məktub göndərərək Sahil parkında Kür çayında gəmi gəzintisi ilə məşğul olan Cavabdeh2 və Cavabdeh1 sahil boyu quraşdırılmış məhəccəri özbaşına kəsərək gəmiyə keçid yolu açdıqlarını, ümumilikdə şəhər təsərrüfatına 186 manat məbləğində zərər vuraraq parkın estetik görünüşünü pozduqlarını bildirmişdir. Yaşıllaşdırma və X3 məktubuna əsasən tərəfimizdən şəhər Polis şöbəsinə müraciət olunmuşdur. Məsələ Polis şöbəsində araşdırılmış və Cavabdeh2 və Cavabdeh1 ilə aramızda yaranmış mübahisə mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etmək hüquqlarımız izah olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahil boyu quraşdırılmış məhəccəri özbaşına kəsmiş, beləliklə də şəhər təsərrüfatına ümumilikdə 186 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdehlər şəhər təsərrüfatına vurduğu zərəri tam həcmdə ödəməyə borcludurlar. Bundan əlavə Cavabdeh1 Kür çayının sahilində kiçik həcmli gəmilərə vətəndaşları mindirib düşürmək üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan liman tikintisi aparmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi üçün İddiaçı 12№li xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 500(beş yüz) manat məbləğində cərimə olunmuşdur. Ona görə də Kür çayında gəmi gəzintisi ilə məşğul olan Cavabdeh1 və Cavabdeh2 sahil boyu qurlaşdırılmış məhəccəri özbaşına kəsmələri nəticəsində şəhər təssərrüfatlarına vurduqları 186 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş İddiaçı Hüquq şöbəsinin müdiri Mahir Əliyev tərəfindən yazılmış 12 №-li qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 500 manat cərimə edilmişdir. İşə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli baxış keçirmə barədə protokoldan, 336 №-li xx xxxxxxx 2020-ci il tarixli məktubdan və Aktdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahil boyu quraşdırılmış məhəccəri özbaşına kəsmiş və beləliklə də şəhər təsərrüfatına ümumilikdə 186 manat məbləğində zərər vurmaqla parkın estetik gözəlliyini pozmuşlarr. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis şöbəsində yazılmış izahatlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri sahil boyu qurlaşdırılmış məhəccəri özbaşına kəsmələrini etiraf etmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehlərə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iddia ərizəsi və digər sənədləri müqayisəli şəkildə təhlil edərək iddia ərizəsində göstərilən halların əsaslı və real olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini iddia ərizəsinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya yəni şəhər təsərrüfatıba ziyan dəymişdir. Həmin ziyan isə cavabdehlər tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materialları ilə sübut edilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehlərdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin iş materiallarından da göründüyü kimi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya 186 manat ziyan dəymişdir. Belə ki, cavabdehlərdən maddi ziyan kimi 186 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəhər təsərrüfatına vurulmuş ziyana görə 186 (bir yüz səksən altı) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar