Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1090/2025 11.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. İddiaçı maddi vəziyyəti ilə əlaqədar olaraq yaxın kəndlərdən müxtəlif kənd məhsulları gətirib tanış şəxslərə satmaqla ailəsini və ağır xəstə olan həyat yoldaşını dolandırır. Cavabdeh güvəndiyi üçün ona 2024-cü ildən başlayaraq müxtəlif vaxtlarda, müxtəlif kənd məhsulları, ərzaqlar gətirmişdir. Nüşabə hər dəfə onu aldadaraq, nisyə aldığı məhsulların pulunu verəcəyini vəd verirdi. Əlacsız olduğu üçün onunla razılaşmışdır. Nəticədə Nüşabə ondan 800 manat dəyərində kənd məhsulları almışdır. Onu aldatdığını başa düşdükdən sonra pulunu tələb etsə də, Nüşabə müxtəlif bəhanələr gətirərək, onu süründürür, rəsmi iş yerinin olmasına, aylıq əmək haqqı almasına baxmayaraq, borclu olduğu pulu qaytarmaqdan yayınır. Cavabdeh özü də ona borclu olduğunu etiraf edir və bu barədə rəsmi surətdə qəbz vermişdir. Həyat yoldaşının xəstəliyinə görə ehtiyac üzündən pulunu tələb edir. Dəfələrlə Cavabdeh xahiş və tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə onu başından edir. Əlacsız qalıb Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ordan məsələnin həllinin məhkəməyə aidiyyatı olduğu bildirilərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı izahat verərək bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Belə ki, iddiaçıdan 700 manat məbləğində ərzaq malları almışdır. Hazırda ödəməyə imkanı yoxdur. Hissə-hissə borcundan ödəyəcəkdir. Qeyd olunanları nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etdi. İş materialları: xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Kür” mehmanxanasında 321 №li otaqda yaşayır. xx.xx.2025-ci il tarixli Mingəçevir Şəhər Polis Şöbəsindən İddiaçı müraciətinə verilmiş cavabdan görünür ki, müraciətində göstərilən xüsusatların məhkəmə səlahiyyətinə aid olması müəyyən edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, 2025-ci il tarixdə 7-8 ay müddətində İddiaçı 800 manat miqdarında ərzaq malları almışdır. Həmin məbləği qaytarmağa söz vermişdir. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə 800 manat dəyərində nisyə ərzaq məhsulları vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiqini tapmışdır. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı 800 manat borcu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya 800 manat yox, 700 manat borcunun olmasını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında nisyə malın alınmasına dair qəbz imzalanmışdır. İddiaçı cavabdehə 800 manat dəyərində ərzaq malları vermişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. Nəticədə Cavabdeh İddiaçı 800 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva