Məhkəmə qərarları › İş №2(051)-1096/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1096/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1096/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: X8 qarşı «uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X1 xx xxxxx 2004-cü il təvəllüdlü Pərvin və xx xxxxx 2014-cü il təvəllüdlü Aylin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi340 (üç yüz qırx) manat miqdarında aliment tutulmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək X1 xx xxxxx 2004-cü il təvəllüdlü Pərvin və xx xxxxx 2014-cü il təvəllüdlü Aylin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında aliment tutulmasının müəyyən olunması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, X14 ilə xx xxxxx 2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü Cavid, xx.xx.2004-cü il təvəllüdlü Pərvin və xx.xx.2014-cü il təvəllüdlü Aylin adlıüç nəfər uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-5051/2017 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və 3 uşağın saxlanmasıüçün cəmi 150 manat məbləğdə aliment təyin edilmişdir. xx.xx.2000-ci il Cavid adlı uşaq yetkinlik yaşına çatmışdır. Cavabdehin hazırda ödədiyi 100 manat alimentlə uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Halbuki, cavabdeh uşağı saxlamaqda ona kömək etməyə borcludur. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay xx xxxxx 2004-cü il təvəllüdlü Pərvin və xx xxxxx 2014-cü il təvəllüdlü Aylin adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X14 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, toxuculuq kombinantında işləyir, aylıq əmək haqqı azdır. İki uşağın saxlanması üçün iddiaçıya ayda cəmi 100 manat, cəmi 200 manat miqdarında aliment ödəyə bilər. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2000-ci il təvəllüdlü X13, xx xxxxx 2004-cü il təvəllüdlü X11 və xx xxxxx 2014-cü il təvəllüdlü X4 valideynləri X12 və X5r. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-5051/2017 saylı qətnaməsinin surətindən görünür ki, X12 ilə X2 arasında xx xxxxx 2000-ci ildə Mingəçevir şəhər VVAQ şöbəsində 51 saylı qeydə alınmış nikahın pozulması, X1 xx xxxxxx 2000-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat, xx xxxxx 2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat və xx xxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat olmaqla cəmi 150 manat miqdarında alimentin tutulub X7 verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X10 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 2018-ci ilin yanvar ayının 16 günündə 12 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Mingəçevir Tekstil” fabrikinin xx xxxx 2020-ci il tarixli, № MT- 105/20 saylı arayışından görünür ki, X12 həqiqətən Mingəçevir Tekstil” də “Elektrik” işləyir və aylıq əmək haqqı 488 manatdır. İşə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X11 xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, xx xxx 2020-ci ildən ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da azyaşlılar Pərvin və Aylin iddiaçının yanındadırlar. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Pərvin və Aylin adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılmasıüçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Bundan başqa iddiaçının ifadəsi ilə cavabdehin işləməsi müəyyən olunmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıüçün iddiaçının himayəsində olan uşaqların alimentinin artırılaraq hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 mənzil 39 ünvanda yaşayan X1 tutulan alimentin məbləği artırılaraq, xx xxxxx 2004-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat və xx xxxxx 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 2 mənzil 39 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri Şəfa bağ massivi Mərkəzi küçə 6-cı döngə 3 ünvanda yaşayan İddiaçı verilsin. X1 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar