Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-11/2023 25.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük borcun ödənilməsi tələbinə dair mülki işə Mingəeçvir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı 323 424.58 rubl gömrük borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı Dağıstan Gömrüyünün etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbindən imtina barədə məhkəməyə vəsatət göndərmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvana poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İstinad edilən prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı Azərbaycan Respublikasının məhkəmələrinə yalnız Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olan xarici şəxs hesab edilən: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların müraciət etmək hüquqları vardır. Hazırki iş üzrə iddiaçı isə Azərbaycan Respublikası ilə prosessual qanunvericilikdə şərtləşdirilmiş hər hansı bağlılığı olmayan digər dövlətin struktur qurumu olan hüquqi şəxsdir. Eyni zamanda qeyd edilməlidir ki, baxış predmeti olan hazırki iddia özü-özlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, qeyd edilən iddia Azərbaycan Respublikası məhkəmələrində baxılmalı olmadığından Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə Rusiya Federasiyasının müvafiq məhkəmələrinə müraciət etməli, qəbul edilmiş qərar isə Azərbaycan Respublikası ərazisində prosessual qanunvericiliyin tələblərinə əsasən tanınmasından sonra icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-11/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-11/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver