Məhkəmə qərarları › İş №2(051)-1105/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1105/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1105/2023 11.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 30 iyun 2008-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 12 mart 2009-cu il təvəllüdlü Fidan adlı bir nəfər uşağı doğulmuşdur. Münasibətləri pozulduğundan aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Uşaq böyüdükcə onun tələbatları da artır. Lakin müəyyən edilmiş alimentlə uşağın maddi tələbatını ödəyə bilmir. Məhkəmənin qərarı ilə müəyyən edilmiş alimentdən başqa cavabdeh uşağa maddi və mənəvi kömək göstərmir. Uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh Zəngilanda yol idarəsində işləyir və kifayət qədə əmək haqqı alır. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 12 mart 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 223 manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 12 mart 2009-cu il təvəllüdlü Fidan adlı bir uşaqları olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Fidan adlı uşağın saxlanması üçün müəyyən edilmiş 120 manat alimenti çətinliklə ödəyir. Cavbadeh uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh ikinci dəfə ailə qurmuş, həmin evliliyindən də iki uşaqları doğulmuşdur. Cavabdehin daimi iş yeri yoxdur. Hazıda Zəngilan rayonunda fəhlə işləyi. Lakin əmək haqqını vaxtlı-vaxtında ala bilmr. İddiaçı özü bilir ki, cavabdehin maddi imkanı olmadığına görə müəyyən edilmiş aliment onun pensiyasından tutulur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 mart 2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X2r. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 16 yanvar 2014-cü ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1399/2021 saylı 05 avqust 2021-ci tarixli qətnaməsindən görünür ki, Cavabdeh 12 mart 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin təqdim etdiyi doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 23 may 2013-cü il təvəllüdlü X6 və 07 iyul 2014-cü il təvəllüdlü X3 valideynləri Cavabdeh və X7r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, birgə nikahından doğulmuş uşaq iddiaçının yanında qalır. Məhkəmənin qərarı ilə cavabdehdən uşağın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 12 mart 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar