Məhkəmə qərarları › İş №2(051)-1106/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1106/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1106/2024 11.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan xx.xx.2011-ci il tarixli nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1078/2024 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq xx.xx.2012-ci il təvəllüdlü X2 onun yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 100 manat məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı işləmir. Alimentin məbləği az olduğuna görə uşağın tələbatını ödəmir. Cavabdeh isə işləyir, qazancı vardır, lakin uşağın saxlanması üçün ona əlavə köməklik etmir. Ona görə iddiaçı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarın artırılması, hər ay uşağın saxlanması üçün 235 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1078/2024 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onunla iddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 100 manat məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. Sonra Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 130 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. O, özəl şirkətdə işləyir, hazırda onun əmək haqqısı 784 manat təşkil edir. İddiaçının qeyd etdiyi aliment məbləğinin ödəməyə narazıdır. Belə ki, o, yenidən ailə qurub və 3 övladı var. Ancaq 150 manat məbləğində aliment ödəməyə imkan var. Mülki işin materialları: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1078/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X10 arasında Mingəçevir Şəhər Nikah evində xx.xx.2011-ci il tarixdə bağlanmış, 192 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X11 anası X3 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir; Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1078/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir; Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 947905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhərində xx.xx.2012-ci ildə doğulmuş X2 atası Cavabdeh, anası X6r; xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00082 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir; xx.xx.2024-cü il tarixli 6202 mədaxil qəbzə əsasən İsazadə X4 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Vətəndaşın AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ saylı, 384087 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 100 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir; Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı, 446047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhərində xx.xx.2020-ci ildə doğulmuş X9 atası Cavabdeh, anası X7r; Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı, 560498 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhərində xx.xx.2021-ci ildə doğulmuş X8 atası Cavabdeh, anası X7r; Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X11 doğulmuşdur. Sonra İddiaçı Kərəm qızı ilə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(01)-1078/2014 saylı qətnaməsinə əsasən ləğv edilmiş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 100 manat məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin 2(039)- 2286/2018 saylı qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1078/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdehdan hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay 235 manat sabit aliment tutulmasını xahiş edir, cavabdeh etiraz edərək bildirir ki, maddi imkanı yoxdur ki, iddiaçının qeyd etdiyi aliment məbləğini ödəsin. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir, həmçinin qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2018-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Eyni zamanda məhkəmə cavabdehin mənafeyini də nəzərə alır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay 180 manat miqdarında müəyyən edilməlidir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 180 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilən dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2 (039)-2286/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar