Məhkəmə qərarları › İş №2(051)-1111/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1111/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1111/2022 23.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 400 (dörd yüz) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 20 (iyirmi) manat, cəmi 450 (dörd yüz əlli) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, parfumeriya firması ilə işləyir, səyyar qaydada pafumeriya mallarını satır. Cavabdeh İddiaçı ilə Mingəçevir şəhərində fəaliyyət göstərən salonda tanış olmuşdur. Həmin vaxt Cavabdeh ondan 53 manatlıq parfümeriya malı almış və aldığı malların pulunu 25 gün müddətində ona ödəməsini bildirmişdir. Cavabdeh onunla alver edəcəyini bildirmiş, yenidən bəzi parfümeriya mallarını sifariş etmişdir. O, cavabdehə inanaraq 400 manatlıq malı ona təhvil verdi. Cavabdeh ona bildirmişdir ki, deyilən müddətdə aldığı malların pulunu geri qaytaracaq. Bir ay tamam olandan sonra cavabdehə telefonla zəng edib borcunun ödəmək vaxtı olduğunu bildirmiş, cavabdeh isə ona 2-3 günə ödəyəcəyinə söz verdi. 4 aydır ki, müxtəlif vaxtlarda dəfələrlə zəng edib pulu istəmiş, cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadan boyun qaçırırdı. Sonuncu dəfə Gülayın yaşadığı evə getmiş və onunla görüşmüş ondan borclu olduğu 400 manat pulu istəmiş, cavabdeh onu inandıraraq pulu qaytaracağını söz vermişdir. Lakin 2-3 gündən sonra cavabdeh ona zəng edib bildirmişdir ki, pulu ona qaytarmayacaqdır. İddianın təmin olunmasını, Cavabdeh 400(dörd yüz) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 20 (iyirmi) manat, cəmi 450 (dörd yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhəkəmə iddiaçını dinləyib, toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iddiaçı tələbində cavabdehə nisyə olaraq, qiymətini sonra ödəmək şərtilə 400 manat dəyərində parümeriya malları satdığını, lakin cavabdeh həmin əşyaların qiyməti olan 400 manat pulu ödəmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də o, məhkəməyə gəlməmiş və iddia tələbinə etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-cü maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Mülki Prossesual Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı 400 (dörd yüz) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 20 (iyirmi) manat, cəmi 450 (dörd yüz əlli) manat pulun Cavabdeh alınıb İddiaçı verilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 20 (iyirmi) manat, cəmi 450 (dörd yüz əlli) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar