Məhkəmə qərarları › İş №2(051)-1129/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1129/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1129/2021 11.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Rəsul qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı ASC Cavabdeh Rəsul qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh Rəsul qızı 24.12.2018-ci il tarixli 9-1***-******* №li kredit müqaviləsinə əsasən “Fintrend” BOKT-dan illik 35 faizlə 24 ay müddətinə 1299 manat məbləğində kredit götürmüşdür. “FİNternd” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018ci il tarixli 004 №li müqaviləyə əsasən 984 №li 28.12.2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNternd” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. “xxxx” İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq krediti ödəməmişdir. Cavabdehin 134.24 manat əsas borc, 23.20 manat faiz borcu, 74.40 manat cərimə olmaqla, cəmi 231.84 manat kredit borcu qalmışdır. Həmin borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh Rəsul qızına bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş “Finternd” BOKT ilə Cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli 9-1***-******* №li kredit müqaviləsindən görünür ki, “Fintrend” BOKT Cavabdeh 24 ay müddətinə 35% illik ödəmək şərtilə 1299 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş 24.12.2018-ci il tarixli 9-1***-******* №li ödəmə tapşırığından görünür ki, Cavabdeh bank tərəfindən 1299.00 manat pul ödənilmişdir. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxx” KB ASC arasında bağlanmış 10.05.2018-ci il tarixli 0004 №li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “Finternd” BOKT borc alan şəxsə qarşı bütün hüquqları “xxxx” KB ASC-yə güzəşt edir. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxx” İKB ASC arasında bağlanmış hüquqların ötürülməsi barədə 433 №li 28.12.2018-ci il tarixli sazişdən görünür ki, 0004 №li 10.05.2018-ci il tarixli müqaviləyə əsasən tələb hüquqların hüquq sahibi tərəfidən hüquq əldə edənə ötürülür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 134.24 manat əsas borc, 23.20 manat faiz borcu, 74.40 manat cərimə olmaqla, cəmi 231.84 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 134.24 manat əsas borc və 23.20 manat faiz borc və 74.40 manat cərimə olmaqla, cəmi 231.84 manat kredit borcu cavabdehdən alınıb İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 134.24 (bir yüz otuz dörd manat iyirmi dörd qəpik) manat əsas borc və 23.20 (iyirmi üç manat iyirmi qəpik) manat faiz borc və 74.40 (yetmiş dörd manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 231.84 (iki yüz otuz bir manat səksən dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar