Məhkəmə qərarları › İş №2(051)-113/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-113/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-113/2021 01.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Samsung Galaxy A3 markalı telefon üçün 840 manat əsas borc, 252 manat cərimə borcu olmaqla, cəmi 1092 manat, Samsung LED TV üçün 1368 manat əsas borc, 410 manat cərimə borcu olmaqla, cəmi 1778 manat; ümumilikdə 2208 manat əsas borc olmaqla, 662 manat cərimə borcu olmaqla, cəmi 2870 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə cavabdeh X1 arasında bağlanmış xx xxxx 2018–ci il tarixli kredit müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 manat ( 24 ay x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********72591 olan Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə, 1092 manat olmaqla ondan, 840 manat ödənilməmiş hissə, 252 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1905 manat (18x76 manat + 537 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1778 manat olmaqla ondan, 1368 manat ödənilməmiş hissə, 410 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 657 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 “xxxx” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh3 “xxxx” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsz olaraq penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Beləliklə, cavabdehin hazırkı vaxta qədər iddiaçı cəmiyyətə olan borcu cəmi 2870 manat təşkil etmişdir. Odur ki, məhkəmədən Samsung Galaxy A3 markalı telefon üçün 840 manat əsas borc, 252 manat cərimə borcu olmaqla, cəmi 1092 manat, Samsung LED TV üçün 1368 manat əsas borc, 410 manat cərimə borcu olmaqla, cəmi 1778 manat; ümumilikdə 2208 manat əsas borc olmaqla, 662 manat cərimə borcu olmaqla, cəmi 2870 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “xxxx” MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC–yə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı “xxxx” MMC–nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə 11.03 il tarixli 00767894 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh1 ilkin ödəniş olmadan, 24 ay müddətinə ödəmək şərti ilə cəmi 960 manat dəyərində 1 ədəd **********72591 İMEİ nömrəli Samsung Galaxy A3 markalı telefon nisyə satılmışdır. Cavabdeh isə 960 manat borcu 24 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən Cavabdeh1 ilkin ödəniş 537 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə cəmi 1905 manat dəyərində 1 ədəd Samsung LED TV nisyə satılmışdır. Cavabdeh isə 1905 manat borcu 18 ay müddətinə hər ay 76 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilədə alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 hər ay 76 və 40 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2020–ci il tarixə iddiaçı cəmiyyətə olan borcu Samsung Galaxy A3 markalı telefon üçün 840 manat əsas borc, 252 manat cərimə borcu olmaqla, cəmi 1092 manat, Samsung LED TV üçün 1368 manat əsas borc, 410 manat cərimə borcu olmaqla, cəmi 1778 manat; ümumilikdə 2208 manat əsas borc olmaqla, 662 manat cərimə borcu olmaqla, cəmi 2870 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 “xxxx” MMC–yə olan borcu xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 arasında nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin alqı–satqı müqaviləsi əsasında iddiaçı cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 24 ay müddətinə ödəmək şərti ilə cəmi 960 manat dəyərində 1 ədəd **********72591 İMEİ nömrəli Samsung Galaxy A3 markalı telefon nisyə satılmışdır. Cavabdeh isə 960 manat borcu 24 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 18 ay müddətinə ödəmək şərti ilə cəmi 1905 manat dəyərində 1 ədəd Samsung LED TV nisyə satılmışdır. Cavabdeh isə 1905 manat borcu 18 ay müddətinə hər ay 76 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilədə alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 hər ay 76 və 40 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonradan ödəniş etməyərək, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Ona görə də cavabdehin 2208 manat əsas borcu yaranmışdır. Eləcə də, iddiaçı cəmiyyət müqavilənin şərtlərinə uyğun olaraq, hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cavabdehə 662 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, cəmi 1 ədəd **********72591 İMEİ nömrəli Samsung Galaxy A3 markalı telefon nisyə satılmışdır. Cavabdeh isə 960 manat borcu 24 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 18 ay müddətinə ödəmək şərti ilə cəmi 1905 manat dəyərində 1 ədəd Samsung LED TV nisyə satılmışdır. Cavabdeh isə 1905 manat borcu 18 ay müddətinə hər ay 76 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, sonradan ödəniş etməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442–ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh1 iddiaçıya 2208 manat əsas borcu qalmış, iddiaçı cəmiyyət müqavilənin şərtlərinə uyğun olaraq, hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cavabdehə 662 manat məbləğində cərimə hesablamışdır. Odur ki, məhkəmə iddiaçının cavabdehə hissə–hissə ödəmək şərti ilə verdiyi əşyanın qalıq dəyəri olan 2208 manatın, habelə məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əsaslı olduğunu və ödəmənin hər gecikdiyi üçün gecikdirilmiş məbləğə hesablanmış 662 manat cərimənin alınmasına dair tələbini isə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı avadanlığı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3–cü maddəsinə əsasən əgər alıcı alqı– satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449–cu maddəsinə uyğun faizlər ödəməyi tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 2208 manat məbləğində əsas kredit borcu alınmmalı lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 2 0 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıdan 960 manat dəyərində 1 ədəd **********72591 İMEİ nömrəli Samsung Galaxy A3 markalı telefon nisyə satılmışdır. 960 manat borcu 24 ay müddətinə hər ay 40 manat olmaqla öhdəsinə götürmüşdür. 18 ay müddətinə ödəmək şərti ilə cəmi 1905 manat dəyərində 1 ədəd Samsung LED TV nisyə satılmışdır. Cavabdeh isə 1905 manat borcu 18 ay müddətinə hər ay 76 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 hər ay 76 və 40 manat məbləğində krediti ödəməyi öhdəsinə götürməsi, cavabdehin öhdəliyini lazımınca icra etməməsi tam sübuta yetirildiyindən, Cavabdeh1 2208 manat əsas borc, 20 manat gecikdirilmiş məbləğə hesablanmış cərimə borcu olmaqla, cəmi 2228 manat məbləğində pul, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2208 (iki min iki yüz səkkiz) manat əsas borc, 20 (iyirmi) manat gecikdirilmiş məbləğə hesablanmış cərimə borcu olmaqla, cəmi 2228 (iki min iki yüz iyirmi səkkiz) manat məbləğində pul alınıb iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar