Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1131/2021 13.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması»na dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli kredit müqaviləsi üzrə 8067.21 manat məbləğində əsas borc və 1481.36 manat faiz borcu olmaqla, ümumilikdə 9548.57 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 9 ədəd qızıl-zinət əşyasına (750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzük) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 24 ay müddətinə, illik 27% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 25 sentyabr 2018-ci il tarixli, 106840- 161647/5 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 19 aprel 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8067.21 manat məbləğində əsas borc, 1481.36 manat məbləğində faiz borcu olmaqla, cəmi 9548.57 (doqquz min beş yüz qırx səkkiz manat əlli yedi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Qeyd olunanlardan göründüyü kimi, bank və Cavabdeh arasında yaranmış münasibətlərdə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq edilməlidir. Bu normaların tələblərinə əsasən verilmiş kredit görə cərimələr, faizlər kredit məbləği qaytarılana kimi hesablanır. Ona görə də məhkəmədən Cavabdeh 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli kredit müqaviləsi üzrə 8067.21 manat məbləğində əsas borc və 1481.36 manat faiz borcu olmaqla, ümumilikdə 9548.57 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 9 ədəd qızıl-zinət əşyasına (750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzük) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, həqiqətən, o və İddiaçı ASC arasında 25 sentyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və ona 10000 manat məbləğində kredit verilmişdir. Səhhəti ilə əlaqədar problemlər yaşadığından aylıq ödənişlərini ödəyə bilməmişdir. Buna baxmayaraq iddia tələbində göstərilən məbləğlə razı deyildir. Onun fikrincə iddia tələbində göstərilən məbləğ onun borcu olan məbləğdən yüksəkdir. Ona görə də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 27% dərəcəsi ilə, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli girov müqaviləsindən və 134 №-li saxlanca qəbul edilmə aktından görünür ki, Cavabdeh 9 ədəd qızılzinət əşyasına (750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzük) öhdəliyin təmin tədbiri kimi saxlanca qoymuşdur. İşə əlavə olunmuş 25 sentyabr 2018-ci il tarixli 134 №-li girovun təkrar qiymətləndirilməsi aktından görünür ki, 750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzük cəmi 4110 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş 25 sentyabr 2018-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 sentyabr 2018-ci-25 sentyabr 2020-ci il tarixləri ərzində aylıq 543.80-543.85 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 25 sentyabr 2018-ci il tarixli, TT182683X82T nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh 10000 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş 19 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-ə 8067.21 manat məbləğində əsas borc və 1481.36 manat faiz borcu olmaqla, ümumilikdə 9548.57 manat borcu yaranmışdır. İşə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh 9203.97 AZN borcunu 19 sentyabr 2020-ci il tarixinədək ödəməyəcəyi təqdirdə onun işi Hüquq Departamentinə təqdim ediləcək və barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir. İşə əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli 9/5199 №-li Ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 25 sentyabr 2018-ci il tarixli, 106840- 161647/5 nömrəli kredit müqaviləsi üzrə 6300,34 manat əsas borcu, 1194,44 manat faiz borcu olmaqla, cəmi 7494,78 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənsiin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə ekspertiza rəyinə iş üzrə mötəbər sübut kimi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli 9/5199 №-li Ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 25 sentyabr 2018-ci il tarixli, 106840-161647/5 nömrəli kredit müqaviləsi üzrə 6300,34 manat əsas borcu və 1194,44 manat faiz borcu olmaqla, cəmi 7494,78 manat borcu vardır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh 6300,34 manat əsas borcu və 1194,44 manat faiz borcu olmaqla, cəmi 7494,78 manat borc tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30.40 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Borcun ödənilməsi bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 9 ədəd qızıl-zinət əşyasına - 750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzüyə tutma yönəldilməlidir. Həmin əmlakların açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilməlidir. Girov predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılmalıdır. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulmalıdır. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6300,34 manat əsas borcu və 1194,44 manat faiz borcu olmaqla, cəmi 7494,78 manat borc tutularaq İddiaçı ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Borcun ödənilməsi bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 9 ədəd qızıl-zinət əşyasına - 750 əyarlı 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 3 cüt sırğa, 1 ədəd üzük, 583 əyarlı 1 cüt sırğa, 2 ədəd üzüyə tutma yönəldilsin. Həmin əmlakların açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulsun. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1131/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1131/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver