Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1132/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh 2023-cü ilin əvvəlindən tanıyır. Dekabr ayında cavabdeh bildirmişdir ki, “o, Sabunçu rayon, Balaxanı qəsəbəsində ev almaq istəyir, ancaq pulunun bir hissəsi çatışmır.” Məbləği soruşduqda isə, “6000 manat çatışmadığını, həmin pulun 3 aya lazım olduğunu bildirmişdir. Cavabdehə nə vaxt qaytara biləcəyini soruşduqda, torpaq yerinin olduğunu, onu satıb tez verəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayında danışıb razılaşıb, səhəri gün Mingəçevir şəhərində yerləşən “Dostluq” parkına gəlib ona 6000 manat vermişdir. Cavabdeh həm şəxsiyyət vəsiqəsinin surətini, həm də əlyazma ilə yazdığı borc müqaviləsini vermişdir. Həmin vaxtdan 2 il müddət keçməsinə baxmayaraq, o pulu hələ də cavabdehdən ala bilməmişdir. Torpağın sənədini düzəldə bilmədiyindən sata bilmədiyini, satan kimi verəcəyini bildirmişdir. Ona isə pul müalicə üçün lazımdır. Odur ki, məhkəmədən 6000 manat pulun Cavabdeh tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabadeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbi ilə razı olduğunu və məhkəmə iclasına cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: 2022-ci il dekabr tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh 2022-ci il tarixdə dekabr ayında 2 ay müddətində qaytarmaq şərti ilə X2 6000 manat miqdarında borc pul almışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı X1 şəhəri, X.Şuşinski küçəsi, ev 22A ünvanında qeydiyyatsız yaşayır. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə 6000 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti iddiaçı və cavabdeh tərəfindən imzalanmış borc müqaviləsi ilə öz təsdiqini tapmışdır. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı hal-hazırda 6000 manat borcu cavabdehdən tələb edir. Cavabdeh borc tələbini qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borc pulun alınmasına dair borc müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehə 6000 manat borc pul vermişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. Nəticədə Cavabdeh iddiaçı X4 6000 manat məbləğində borcu yaranmışdır. Cavabdeh də 6000 manat məbləğində borcu olmasını etiraf etmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 6000 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva