Məhkəmə qərarları › İş №2(051)-1133/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1133/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1133/2022 04.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2014-cı il təvəllüdlü X3 və xx.xx.2019-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 175 manat, cəmi 350 manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cı il təvəllüdlü X3 və xx.xx.2019-ci il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətlərində soyuqluq yaranmış uşaqların saxlanması üçün pul verməkdən imtina edir, onların tərbiyəsi ilə məşğul olmur. Bu məqsədlə ilkin olaraq xx.xx.2022-ci il tarixdə Mediasiya qurumuna müraciət edib məsələnin mediasiya vasitəsi ilə həll edilməsinə çalışmış lakin təklifinə münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edib cavabdehdən aliment tələbi irəli sürmüşdür. Ona görə də, Cavabdeh xx.xx.2014-cı il təvəllüdlü X3 və xx.xx.2019ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləğində 175 manat, cəmi 350 manat məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, cavabdeh ilə xx.xx.2014cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cı il təvəllüdlü X3 və xx.xx.2019-ci il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətlərində soyuqluq yaranmış və ayrılmışlar. Hazırda maddi vəziyyəti o qədərdə yaxşı deyil. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı çatmır. O, uşaqların saxlanması üçün hər ay hər uşağa 125 manat cəmi 250 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 18 sentyabr 2014-ci ildə Mingəçevir Şəhər Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 363 nömrə ilə dövlət qeydiyyatına alınmış, arvada Baxşəliyeva soyadı verilmişdir. İşə əlavə olunan doğum haqqında şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cı il təvəllüdlü X5 və xx.xx.2019-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin kifayət qədər gəlirə malik olması sübuta yetirilmədi. Ona görə də Cavabdeh Asi və Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cı il təvəllüdlü X3 və xx.xx.2019-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasına xx.xx.2022-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar