Məhkəmə qərarları › İş №2(051)-1141/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1141/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1141/2020 30.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı, etibarnamə üzrə nümayəndəsi vəkil X9 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: X5 qarşı «Pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X2 3261,77 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X2 3261,77 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1141/2020 saylı qərardadı ilə cavabdeh X5 “xxxxxxxxx” X17 Təşkilatı QSC-dən qaytarılmalı olan kompensasiyanın, pulun üzərinə həbs qoyulmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində səhfən qeyd edilmiş cavabdehin soyadının Mustafayeva deyil Babayeva kimi qeyd edilməsini xahiş xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, “xxxxxxxxx” X17 Təşkilatı QSC-nin hesabında olan, cavabdeh X3 adına hesablanmış kompensasiya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, cavabdeh X10“xxxxxxxxx” BOKT-dan həmin təşkilatla bağladığı xx xxxxxx 2012-ci il tarixli, 95778/12 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 6350 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdehin xahişinə əsasən ona zamin durmuş və onunla bank arasında xx.xx.2012-ci ildə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bir müddət sonra borcunu ödəyə bilməmiş və bank tərəfindən məhkəməyə verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-1018/2013 saylı işüzrə xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən bankın iddiası təmin olunmuş, cavabdehlər X8, X11 və İddiaçı müştərək qaydada 5186,32 ABŞ dolları qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə kredit borcu alınıb “xxxxxxxxx” BOKT verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdeh yenə də borcu ödəməmişdir. Zamin kimi borcun icrası onun əmək haqqısına yönəldilmişdir. Cavabdehin öz ehtiyaclarına sərf etdiyi kreditin ödənilməmiş hissəsi onun əmək haqqısından tutularaq “xxxxxxxxx” BOKT-nın hesabına ödənilmişdir. Onun tərəfindən cavabdehin krediti ilə bağlı 2015-ci ildə 1193,77 manat, 2016-cı ildə 1128 manat, 2017-ci ildə 940 manat olmaqla cəmi 3261,77 manat pul ödəmişdir. Hazırda cavabdeh ona olan borcunu ödəməkdən imtina edir. Cavabdehin adından ödənilmiş kredit borcu ilə əlaqədar mövcud qanunvericilik aktlarına əsasən, onun adına “xxxxxxxxx” BOKT tərəfindən kompensasiya ayrılmışdır. Cavabdehin ona olan pul borcunun müəyyən hissəsi həmin kompensasiya borcu zamin kimi ona ödənilməlidir. Buna görə də cavabdeh X2 3261,77 manat məbləğdə pulun və “xxxxxxxxx” X17 Təşkilatı QSCnin hesabında olan, cavabdeh X3 adına hesablanmış kompensasiyanın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X12 da məhkəmə iclasında iddiaçının izahatına oxşar məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş xxxxxxxxx BOKT Ağdaş filialı tərəfindən Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki Mingəçevir şəhər məhkəməsinin 2(051)-1018/2013 saylı xx.xx.2013-cü il tarixli məhkəmə qərarına əsasən cavabdehlər X8, X11 və İddiaçı tərəfindən “xxxxxxxx” BOKT MMC-nin xeyrinə ödənilməli olan 5186,32 ABŞ dolları və 30 manat dövlət rüsumu tam ödənilmşdir. İddia ərizəsinə əlavə olunmuş Yevlax rayon Dövlət X7 əməkdaşlarından xx.xx.2019-cu il tarixədək tutulmuş məbləğlər barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqından 2015-ci ildə 1193,77 manat, 2016-cı ildə 1128 manat, 2017-ci ildə 940 manat olmaqla cəmi 3261,77 manat məbləğdə pul tutularaq “xxxxxxxxx” BOKT QSC-nin hesabına ödənilmişdir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(051)-1018/2013 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X8, X11 və İddiaçı müştərək qaydada 5092,94 ABŞ dolları məbləğdə əsas borcu, 93,38 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 5186,32 ABŞ dollar məbləğdə borcun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq “xxxxxxxxx” BOKTA-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən tutulub “xxxxxxxxx” BOKTA-nə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş“xxxxxxxxx” BOKT ilə cavabdeh İddiaçı arasında bağlanmış KAMin 95778/12 saylı xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin kredit alanın kreditor qarşısında götürdüyüöhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş “xxxxxxxxx” BOKT MMC tərəfindən X5 göndərilmiş xx xxx 2020-ci il tarixli 122 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” iləəlaqədar nəzərdə tutulmuş kompensasiyanın alınmasıüçün müvafiq poçt şöbəsinə müraciət olunması xahiş olunmuşdur. İşə əlavə edilmiş 3 saylı MİS tərəfindən təsdiq edilmiş məhkəmə bildirişindən görünür ki, X1 şəhəri ünvan 2 mənzil 24 ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görəəqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görəöhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 “xxxxxxxxx” BOKT QSC ilə 2012-ci il tarixdə kredit müqaviləsi bağlamış və həmin vaxt İddiaçı ona zamin durmuşdur. Cavabdeh X8 götürdüyü krediti ödəniş cədvəli üzrə ödəmədiyindən bank ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bankın tələbi təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-1018 saylı icra vərəqəsinə əsasən, X8, X11 və İddiaçı müştərək qaydada 5092,94 ABŞ dolları məbləğdə əsas borcu, 93,38 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 5186,32 ABŞ dollar məbləğdə borcun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq “xxxxxxxxx” BOKTA-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxx” BOKT QSC-nə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra qeyd olunan icra vərəqəsi icra olunması üçün İddiaçı işlədiyi Yevlax rayon Dövlət X6 aldığı aylıq əmək haqqına yönəldilmiş və hər ay cavabdeh İddiaçı kredit borcuna görəümumilikdə 3261,77 (üç min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq “xxxxxxxxx” BOKT QSC-nin hesabına köçürülmüşdür. Bundan başqa Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 1141/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə əsasən cavabdeh X5 “xxxxxxxxx” X17 Təşkilatı QSC-dən qaytarılmalı olan kompensasiyanın, pulun üzərinə həbs qoyulmuşdur. Həmin Məcəllənin 162.4-cü maddəsinin tələbinə görə iddia təmin edildikdə, onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. X2 3261,77 (üç min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğdə pul alınıb İddiaçı verilsin. Həmin borcun ödənilməsi X5 “xxxxxxxxx” X17 Təşkilatı QSC-dən qaytarılmalı olan kompensasiyaya, pula yönəldilsin. Həmin pul borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borc X2 ümumi qaydada tutulsun. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1141/2020 saylı qərardadı məhkəmə aktının icrasınadək qüvvəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar