Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1141/2021 28.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 08.07.2010-cu il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatana kimi Cavabdeh aliment məbləğinin 175 (bir yüz yetmiş beş) manata qədər sabit pul aliment məbləğinin artırılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2009-cu il tarixdə cavabdehlə qeyrirəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladları vardır: 08.07.2010-cu il təvəllüdlü X8. AR Ali məhkəməsinin 25.06.2018-ci il tarixli qətnməsi ilə 08.07.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 70 (yetmiş) manat alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh 260 (iki yüz altmış) manat məbləğində pensiya alır. O özü heç bir yerdə işləmir, uşağın saxlanmasında əziyyət çəkir. Ona görə də məhkəmədən 08.07.2010-cu il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatana kimi Cavabdeh aliment məbləğinin 175 (bir yüz yetmiş beş) manata qədər sabit pul aliment məbləğinin artırılması dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Təmsil etdiyi şəxs iddiaçı ilə 2009-cu il tarixdə qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə münasibətlərdən 08.07.2010-cu il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Uşaq anasının himayəsində qalmışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli 2(102)-4342/2018 saylı qərarı ilə Cavabdeh İddiaçı xeyrinə hər ay tutulan 65 manat sabit pul məbləğdə alimentin miqdarı artırılaraq hər ay 70 (yetmiş) manat müəyyən edilməsi və alimentin artırılmasının əvvəli 25.06.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Bildirir ki, Cavabdeh hal-hazırda ciddi psixoloji problemlər yaşayır. Ona görə də Ağdaş RMX-da qeydiyyata alınmış və müalicəsinə başlamışdır. Həmçinin qeyd edir ki, təmsil etdiyi şəxs əlildir və maddi vəziyyəti çox pisdir. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşə əlavə olunmuş AZ-İ № 185592 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 08 iyul 2010-cu il tarixdə İddiaçı doğulmuş X9 adlı uşağın atası Cavabdeh hesab edilmişdir. İşə əlavə olunmuş AZ-İİ № ******* saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 08.07.2010-cu l təvəllüdlü X8 adlı uşağın atası kimi Cavabdeh və anası kimi isə İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli 2(102)-4342/2018 saylı Qərarının sürətindən görünür ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.02.2018-ci il tarixli 2(107)-549/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən alimentin miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 01.06.2015-ci il tarixli 2(051)-1178/2015 nömrəli qətnaməsinə əsasən 08.07.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulan 65 manat sabit pul məbləğdə alimentin miqdarı artırılaraq hər ay 70 (yetmiş) manat müəyyən edilməsi və alimentin artırılmasının əvvəli 25.06.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşə əlavə olunmuş portaldan çıxarışdan görünür ki, 2(051)-1141/2021 saylı işin cavabdehi əlilliyə görə 259.7845 manat məbləğində pensiya alır. İşə əlavə olunmuş 31 may 2021-ci il tarixli **********4 saylı Arayışdan görünür ki, İddiaçı 31.05.2021-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X3” üzrə Elektron informasiya sistemində adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) ******* №-li çıxarışdan görünür ki, irsiyyəti ruhi xəstlə ağırlaşmayıb. İlkin inkişafı ləng olub. Gec danışıb gec yeriyib. Uşaq yaşlarında 3-4 dəfə qıcolma tutulması olmuşdur. Ailəlidir. Son vaxtlar psixi vəziyyəti pozulub. Xəstəxanaya qəbul olunub. Bələdliyi bəzi növlər üzdə saxlanılıb. Zahirən narahatdır. Ünsiyyətə həvəssiz girir. Suallara ləng cavab verir. Təfəkkürü ləngdir. Maraq dairəsi daralıb Yaddaş və intellekti enib əhval-ruhiyyə fonu enmişdir. Tənqidi yoxdur. İşə əlavə olunmuş Ağdaş Rayon Mərkəzi Xəstəxanasından verilmiş 01.05.2015-ci il tarixli 554 №-li Arayışdan görünür ki, Cavabdeh həqiqətən Ağdaş RMX-nın konsultativ poliklinikasında “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə olunmuş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 537 №-li Arayışdan görünür ki, Cavabdeh “Ağdaş rayon mərkəzi xəstəxanası” X15in poliklinika şöbəsində “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, yaddaş və intellektin pozuntusu” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh atası X7r. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 08.07.2010-cu il təvəllüdlü X8 iddiaçının yanındadır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış X8 adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi vəziyyətini, belə ki iş materillarından görünür ki, cavabdeh psixi-nevroloji problemlər yaşayır, eyni zamanda da əlildir və aylıq əlilliyə görə aldığı pensiya ilə dolanır. Habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay uşağa 80 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh oğlundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli 2(102)-4342/2018 saylı qərarı ilə tutulan alimentin məbləği artırılaraq, 08.07.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 80 (səksən) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli 2(102)-4342/2018 saylı qərarı ilə tutulan alimentin məbləği artırılaraq, 08.07.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 80 (səksən) manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1141/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1141/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver