Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1142/2021 12.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi və Tərtər X5 İdarəsinə qarşı “əsassız yazılmış borcun silinməsi” barədə işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı oğlu iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ona əsassız olaraq yazılmış 1098 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Qaz İdarəsinin işçiləri mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirərək sayğaca müdaxilə ehtimalı olduğunu ona bildirdilər. 25.01.2016-cı il tarixində guya sayğaca müdaxilə nəticəsində ona 208.80 manat cərimə yazılmışlar. 2019-cu il tarixində yenidən mənzilinə baxış keçirərək mənzildə quraşdırılmış sayğaca yenidən müdaxilə edildiyini bildirərək ona əlavə olaraq 673.20 manat cərimə yazmışlar. 2021-ci ilin mart ayında yenidən 216 manat cərimə hesablanmışdır. Ümumilikdə ona əsassız olaraq 1098 manat cərimə yazılmışdır. Lakin o illər ərzində təbii qazdan istifadə edərək ödənişlər etmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac onun evinin ərazisindən kənarda olmuşdur. Odur ki, ona yazılan cərimə əsassızdır. Ona görə də məhkəmədən ona əsassız olaraq yazılmış 1098 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş ******* №-li Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, istehlakçı X1 ilə sayğacın qoruyucu ekran şüşəsi qırıq olduğu üçün yenisiylə əvəz olundu. Sayğac göstəricisi, qarşılıqlı qorunur. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş ******* №-li Aktdan görünür ki, “Qaz sayğaclara nəzarət” komissiyası tərəfindən verilmiş rəyə əsasən kənar təsir nəticəsində mexanizmi hərəkətə gətirən qollar öz oxundan çıxmışdır. Sayğacın şüşəsi sınıqdır, keçən qazın şərtini qeyd etmir. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş 27 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan istehlakçı Həmidova Müzəllətdə “Qaz sayğaclara nəzarət” komissiyasının sayğacının yoxlanılması barədə 18-22.02.2019-cu il tarixli Aktına əsasən G-4 markalı ******* №-li kənar təsir nəticəsində mexanizmi hərəkətə gətirən qollar öz oxundan çıxmışdır. Sayğacın şüşəsi sınıqdır. Dəymiş ziyanın həcmi cəmi 6732 kub metr hesablanmışdır. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş ******* №-li Aktdan görünür ki, istehlakçı İddiaçı qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş ******* №-li Aktdan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan G-4 markalı **********1 №-li sayğacın çıxış plastmas borusunun sındırıldığı aşkar edilmişdir. İtirilmiş qaz itkisinin hesablanması və ödənilməsi abonent tərəfindən təmin olunması tələb kimi qoyulmuşdur. İşə əlavə olunmuş “Azəriqaz” X3 X5 İdarəsi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan istehlakçı İddiaçı sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 09.03.2021-ci il tarixli 29/1710-00148-1 №-li Aktına əsasən G-4 markalı **********1 №-li sayğacın çıxış plastmas borusunun sındırılması nöqsanı aşkar edilmişdir. Bu nöqsanla əlaqədar mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması tədbirlərinin görülməsi əmr edilmişdir. Cəmi 2160 kub metr dəymiş ziyan həcmi hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox mənzildən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfin nümayəndəsinin məhkəmə iclasına gəlməyərək iddiaçıya yazılmış cərimənin əsaslı olmasına dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı adına ünvan 1 1 ev 53 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca “Azəriqaz” X3 X6 İdarəsinin işçiləri tərəfindən hesablanmış 1098 (bir min doxsan səkkiz) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1142/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1142/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver