Məhkəmə qərarları › İş №2(051)-116/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-116/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-116/2023 13.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qızının Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) oğluna qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun yarısının cavabdehdən alınması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı kredit borcunun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə götürülmüş xx.xx.2019-cu il tarixli, 5568sMNG/19 saylı kredit müqaviləsi Unibank ASC-dən götürülmüş 1000 manat kredit borcunun qalan 416 manatı, xx.xx.2019-cu il tarixdə Kapital ASC-dən Bir kartdan götürülmüş 1200 manat kreditə görə 1271.98 manat, xx.xx.2019-cu il tarixdə Kapital ASC-dən götürülmüş 4000 manat kreditin 2643.99 manatı, “İnciBank”-dan götürülmüş 1100 manat məbləğində kreditin 780 manatı onun tərəfindən ödənilmişdir. Beləliklə nikahları xx.xx.2021-ci il tarixdə pozulduqdan sonra qeyd edilən kredit müqavilələri və Bir kart üzrə ödənilməmiş kreditlərin cəmi 6612 manatı onun tərəfindən ödənilmişdir. Belə olan halda birgə nikah döründə götürülmüş və onun tərəfindən ödənilmiş 6612 manat pulun yarı dəyəri olan 3306 manat məbləğinin və 90 azn dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəli olduqları dövrdə Unibank ASC-dən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən götürülən 2700 manat kredit onun tərəfindən ödənilmişdir. Odur ki, birgə nikah dövründə götürülmüş və onun tərəfindən ödənilmiş 2700 manat pulun yarısının 1350 manatın cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 02 noyabr 1998-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan doğulmuş dörd uşaqdan ikisi yetkinlik yaşına çatmışdır. Aralarında olan ailə münasibətləri kəskinləşdiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahda olarkən o, müxtəlif banklardan, müxtəlif məbləğlərdə kreditlər götürmüş, cavabdehə vermiş, cavabdeh isə öz biznesini qurmuşdur. Cavabdehin rəsmi iş yeri olmadığına görə ona yüksək məbləğli kreditlər verilməmişdir. Birgə nikah dövründə götürülmüş bu kreditlərin hamısı onun tərəfindən ödənilmişdir. Qarşılıqlı iddiaya gəlincə isə, Cavabdeh götürdüyü krediti isə qızının təhsili üçün xərcləməmişdir, belə ki, qızlarının daxil olduğu təhsil müəssisəsinə ödəniş əsaslarla daxil olmuşdur. Odur ki, birgə nikah dövründə götürülmüş və onun tərəfindən ödənilmiş 6612 manat pulun yarı dəyəri olan 3306 manat məbləğinin cavabdehdən alınıb ona verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini isə müdafiə etdi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı həmin götürdüyü kreditləri ailənin birgə məqsədləri üçün deyil, özünün Türkiyə Respublikasında istirahəti üçün xərcləmişdir. Digər kredit borclarından isə onun xəbəri olmamışdır. O, özünün götürdüyü krediti isə qızının təhsili üçün xərcləmişdir. O Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbər edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etmirlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2021-ci il tarixdə, 114 nömrəli akt qeydi ilə pozulmuşdur. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 129GTKR0034377AA nömrəli, İddiaçı adına olan nağd kredit haqqında hesabdan çıxarışdan görünür ki, həmin tarixdə Kapital Bank ASC - dən 4000 manat məbləğində kredit götürülmüş, xx.xx.2022-ci il tarixdə isə kredit borcu tam olaraq bağlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, **********01944129 nömrəli, İddiaçı adına olan BirKart Red krediti haqqında hesabdan çıxarışdan görünür ki, həmin tarixdə Kapital Bank ASC- dən 1200 manat məbləğində kredit götürülmüş, xx.xx.2022-ci il tarixdə isə kredit borcu tam olaraq bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, X1 adına olan 5568sMNG/19 saylı kredit haqqında hesabdan çıxarışdan görünür ki, həmin tarixdə 1000 manat məbləğində kredit Unibank ASC-dən götürülmüş və xx.xx.2022-ci il tarixdə kredit borcu tam olaraq bağlanmışdır. İşdə olan xx.xx.2021 – xx.xx.2022-ci il tarixli və xx.xx.2022 və xx.xx.2023-cü il tarixli, İddiaçı adına olan kredit haqqında hesabdan çıxarışlardan görünür ki, 1580 manat məbləğində kredit Bank Respublika ASC-dən götürülmüş və xx.xx.2022-ci il tarixdə kredit borcu tam olaraq bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2014-xx.xx.2023-cü il tarixli, Cavabdeh adına olan 236sMNG/21 saylı kredit haqqında hesabdan çıxarışdan görünür ki, 2700 manat məbləğində kredit Unibank ASC-dən götürülmüş və xx.xx.2021-ci il tarixdə kredit borcu tam olaraq bağlanmışdır. İş materiallarına əlavə edilmiş iltizamdan görünür ki, iddiaçı “İncibank”dan 1100 manat kredit məbləğinin müqabilində qızıl-zinyət əşyalarını girov qoymuşdur. İş materialları ilə müəyyən edildi ki, tərəflər 1998-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Sonradan, xx.xx.2021-ci il tarixdə tərəflər arasında ailə münasibətləri pozulmuş, onlar ayrılmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.3-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddia ərizəsində qeyd olunmuş, iddiaçı tərəfindən “İnciBank” dan götürülmüş 1100 manat kreditin məbləğinin 780 manat pul məbləği onun tərəfindən ödənilməsi iddia edilsə də, məhkəməyə təqdim edilmiş iltizamın aşağı hissəsində qeyd olunmuş 780 manatın ödənilməsinə dair sübutunu məhkəməyə təqdim etməmiş və bu hal həmçinin məhkəmə iclasında da cavabdeh tərəfdən təkzib edilmişdir. Belə olan halda həmin sübutun mötəbərliyi şübhə altına düşür. Bundan əlavə iddia ərizəsində göstərilən "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əldə olunmuş1500 manat kredit məbləğinin bütövlükdə onun tərəfindən ödənilməsi qeyd edilsə də, kredit müqaviləsi və onun ödənilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçıöz izahatında cavabdehin biznes qurması üçün kredit müqavilələri bağladığını qeyd etsə də, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair heç bir sübut təqdim etməmiş, eyni zamanda “AZEMİS” elektron məhkəmə sistemdən də bu barədə hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş digər kredit məbləğlərinin və ailənin birgə ehtiyaclarına və ya birgə aparılan təsərrüfata xərclənməsini sübuta yetirə bilmədiyindən ilkin iddia təmin edilməməlidir. Cavabdeh isə öz izahatında kredit məbləğini övladının təhsil haqqınıödənilməsi ilə bağlıbirgə nikah dövründə əldə etdiyini bildirsə də, təhsil haqqının ödənilməsi və ya ailənin hər hansı ehtiyacı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə isə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, hər iki tərəfin ayrı-ayrılıqda mübahisələndirdiyi kredit borclarının birgə nikah müddətində əldə edilməsinə baxmayaraq həmin kredit məbləğlərinin ailənin birgə ehtiyaclarına və ya birgə aparılan təsərrüfata xərclənməsi nə iddiaçı, nə də cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, eyni zamanda bu hal iş materialları ilə təsdiq edilmədiyindən ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın birbirinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar) Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən rüsum iddiaçının özünə adi edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehn birgə nikah dövründə götürülmüş və onun tərəfindən ödənilmiş 6612 manat pulun yarı dəyəri olan 3306 manat məbləğinin cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) alınıb ona verilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşınikah dövründə götürülmüş və onun tərəfindən ödənilmiş 2700 manat pulun yarısının, 1350 manatın iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdeh) alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar