Məhkəmə qərarları › İş №2(051)-1169/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1169/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1169/2020 26.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, X2katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi, vəkil X3 və Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1, X5 və Cavabdeh3 qarşı «Mənzildə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 8 saylı evin 36 saylı mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdeh X7 ilə xx.xx.2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından iki nəfər uşaqları olmuşdur. Cavabdeh1 oğlu Rafiq ilə ailə qurduqdan sonra ünvan 1 mənzil 36 ünvana gəlin köçmüşdür. Toydan əvvəll onun valideyinləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları həmin mənzilə yerləşdirilmişdir. O, ailə üzvü kimi mənzildə yaşamış və uşaqları da həmin evdə dünyaya gəlmişlər. Həmin mənzilə gəlin köçərkən cavabdeh və ailə üzvləri ilə heç bir yaşayış şərti müəyyən edilməmişdir. Cvabdehlərin mənzilinə köçdükdən sonra onlarla bir ailə üzvü kimi birgə yaşayıb, ümumi təsərüffatı birgə idarə etmişlər, uşaqları da həmin mənzildə yaşamışlar. Hal-hazırda həmin mənzildə qeydiyyatdadır və başqa yaşayış yeri olmadığıüçün uşaqları ilə birlikdə orada yaşayırlar. Buna görə də onun uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 8 saylı evin 36 saylı mənzildən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnaməçıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, X7 onun doğma oğludur. İddiaçı isə gəlini olub. Mübahisəli mənzil dövlət evi olubdur və xx.xx.1991-ci ildə Azərkabel zavodu tərəfindən ərinə verilib. Hal-hazırda Dövlət Mənzil Fonduna aiddir. Səadət oğlunun arvadı olsa da mübahisəli mənzildə yaşamayıb. Hzırda münasibətləri çox pisdir. İddiaçı həmin mənzilə köçərsə evdə daimi söz-söhbət olacaq və birgə yaşamaq çox çətin olacaq. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər X5 və Cavabdeh3 da Cavabdeh1 izahatına oşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənova Bənövşə Hüseyn qızı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. Qızı İddiaçı ilə Rafiq Kazımov 2004-cü ildə ailə qurmuşlar. Onların birgə nikahından iki övladları olmuşdur. Qızı ailə qurduğu zaman da həmin mübahisəli mənzilə gəlin köçmüş, cehiz əşlarını da həmin mənzilə aparmışdır. Hazırda qızı və övladlarının yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə uzun müddətdir ki, qonşudur. İddiaçı Rafiq Kazımovun arvadı olub. Onların iki uşaqları var. İddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayıb. İndidə həmin mənzildə yaşayır. 17 ildir ki, Səadət ora gəlin köçüb, cehiz əmlaklarını da orada yerləşdirib. Mülki işə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, X1 şəhəri 20 Yanvar küçəsi ev 8, mənzil 36 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, «Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzildə 2020-ci il tarixədək yaşamışdır. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, İddiaçı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 8 saylı evin 36 saylı mənzildən istifadə hüququ müəyyən edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t etdi : İddia tələbi təmin edilsin. İddiaçı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 8 saylı evin 36 saylı mənzilindən ümumi əsaslarla istifadə hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar