Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1172/2020 03.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, m üə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı alimentin miqdarının artırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi mülki mühakimə icraatının başlanması üçün mühüm prosessual sənəd olduğuna görə onun forma və məzmunu qanunvericiliklə dəqiq müəyyən olunmuşdur. İddia ərizəsinin forma və məzmunu, irəli sürülən tələbə baxılması üçün zəruri olan məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin iddia ərizəsinin forma və məzmununu müəyyən edən 149.2.2-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin soyadı və adını göstərmiş, onun ünvanı kimi isə Mingəçevir şəhəri Qres qəsəbəsini qeyd etmişdir. Lakin iddiaçı cavabdehin Qres qəsəbəsində hansıünvanda yaşadığını göstərməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinin tələbinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısınıərizənin tərkib hissəsi kimi müəyyən etmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2, 152.4, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı « alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1172/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1172/2020
03.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver