Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1176/2024 11.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğdə pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. Belə ki, onlar cavabdehlərlə həm qohum, həm də qonşuluqda yaşayırlar. Onlarla yaxşı münasibəti olmuşdur. Cavabdehlər pula ehtiyacları olduqları üçün ona yaxınlaşaraq ondan borc pul istədilər. O da 2023-cü ildə cavabdehlərə hissə-hissə olmaqla 12500 manat məbləğdə borc pul verdi. Aralarında olan razılığa əsasən cavabdehlər qeyd olunan pulu ona yaxın vaxtda qaytarmalı idilər. Cavabdehlər bu barədə qəbz yazaraq imzaları ilə təsdiq etdilər. Həmçinin buna Cavabdeh2 anası da şahidçilik etmiş və o da qəbzi imzası ilə təsdiq etmişdir. Lakin buna baxmayaraq cavabdehlər ondan borc aldıqları pulu qaytarmadılar. O, 2023-cü ilin oktyabr ayında Cavabdeh1 yaşadığı evin qarşısında görən zaman ona olan borclarını niyə qaytarmadıqlarını ondan soruşdu. Bundan sonra Cavabdeh1 mübahisə yaratmış və dərhal ondan Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. Onun şikayəti əsasında araşdırma aparıldı. Araşdırma zamanı Cavabdeh1 həqiqətən də ondan 10.000 manat məbləğdə borc pul aldığını etiraf etmişdir. Elə həmin ərəfələrdə cavabdehlər hər ay ona 500 manat pul ödəyəcəklərinə söz verdilər. Cavabdehlər ondan borc aldıqları 12500 manat pulun 2500 manatını qaytarmış, yerdə qalan 10.000 manat məbləğdə pulu qaytarmaqdan imtina edirlər. O pulunu başqa qaydada cavabdehlərdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğdə pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, cəmi 12500 manat borcu olmuşdur. 2500 manat hissəsini ödəmiş və 10.000 manat borcları qalmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, bu adamların heç biri oxuma və yazma bacarmırlar. Bunu onunla müqavilə bağlayan zaman müşahidə etmişdir. Belə ki, bu adamlar öz adlarını belə yaza bilmirlər. İddiaçı tərəfindən onlara təzyiq olduqdan sonra polisə müraciət etmişlər. Onun tərəfi deyir ki, 500 manat polisə vermişdir. Qarşı tərəf isə deyir ki, ondan alıb İddiaçı verilmişdir. Onlar 10-12 min borc pul götürəcək potensiala sahib insanlar deyillər. Sələm işi olmuşdur. Əlində maddi sübut olmadığından əsaslandırılmış bir fikir irəli sürə bilmir. Aralarında olan müqavilə isə məbləğə baxıldıqda qanunən belə kağız parçasında deyil, notarial qaydada olmalı idi. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 8 ay. 675 manat adlmışdır. 8 ay girdi. 300 manat yoldaşının maaaşını və 200 qayınansının pensiyasını vermişdir. 500 manat da vermişdir. 1000 manat demişdir. 700-800 manat iddiaçı ona vermişdir. Ona kütlə halında pul verməmişdir. 4 dəfə götürmüşdür. 4000 manat götürmüşdür. Bütün borcunu ödəmişdir. Heç bir borcu qalmamışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 məhkəmə iclası zamanı Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cavadehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən şəxsən yazılmış qəbzdən görünür ki, qonşuları İddiaçı xahiş edərək evinin və şəxsiyyətinin sənəini girov qoyaraq külli miqdarda pul götürüb onlara verib. Onlarda pulun qarşılığında 2024-2025-ci illəri sosial kartlarını verəcəklər və borcları bağlanacaq. Bir də İddiaçı şəxsi olaraq pul götürmüşlər. Pulun miqdarı 2070 manat, 3100 manat və bir də 1300 manat borc götürmüşlər. Borclarını qaytaracaqlar. Bundan başqa 1600, 1000 və 300 manat borc almışlar. Borclarını 2024-cü ildə verəcəklərinə söz verirlər. Cəmi 9370 manat borc bu qəbzdə yazılmışdır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlərə borc olaraq 12500 manat pul verdiyini və qarşı tərəfin sonradan borcundan 2500 manat ödəniş etdiyindən 10.000 manat borcları qaldığını iddia edir. Qarşı tərəf isə iddia ilə razılaşmır və 4000 manat borc götürdüklərini və həmin borcu da ödədiklərini bildirirlər. Bütün bunlara baxmayaraq məhkəmə iş üzrə əsas sübut qismində cavabdehlər tərəfindən yazılmış qəbzi əsas götürür. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tələbində 10.000 manat tələb etsə də, onun məhkəməyə təqdim etdiyi qəbzdə olan cəmi borc məbləği 9370 manatdır. Məhkəmə iddia tələbinin yalnız sübut edilən həddə təmin edə bilər. Cavabdeh tərəf 4000 manat boc götürdüklərini və həmin borcu da tam ödədiklərini bildirsələr də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Əksinə onlar məhkəmə iclası zamanı verdikləri izahatlar ilə iddiaçıdan borc pul götürdüklərini etiraf etmişlər. Odur ki, nəticə etibarilə cavabdehlərin iddiaçıya 9370 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 10.000 manat pulun 9370 manat hissəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi 10.000 manat məbləğində pulun 9370 manat hissəsinin cavabdehlər tərəfindən borc alındığı sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada 9370 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 113,70 manat məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9370 (doqquz min üç yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 113,70 (bir yüz on üç manat, yetmiş qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1176/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1176/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver