Məhkəmə qərarları › İş №2(051)-1188/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1188/2025

16.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1188/2025 16.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı4 etibarnamə üzrə nümayəndələri Nümayəndə iştirakları ilə, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə Cavabdeh Ümid oğluna qarşı sənədin məxsusluğu faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-129F seriyalı, KOD 90200002 saylı şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışının (çıxarışın), onlara yəni İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-129F seriyalı, KOD 90200002 saylı və dövlət reyestrinin arayışının (çıxarışın), onlara yəni İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər, İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı4 və Salaxbanov X11 şəhərində 0.03 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə iddiaçılara torpağın mülkiyyətə verilməsinə dair JN-129F KOD 90200002 saylı şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışının (çıxarışın) verilmişdir. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) adları qeyd olunmuş atası X5 1966-ci il tarixdə, anası X3 isə 2001-ci il tarixdə ölmüşdür. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-129F KOD 90200002 saylı şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) onun adı, soyadı və atasının adı səhvən "X14", arvadının soyadı səhvən "Salahbanova", uşaqlarının soyadı, adı və atasının adı səhvən "Nümayəndə Kərim oğlu və " X8" kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 129F, KOD 90200002 şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) adlarının, soyadlarının və ata adlarının səhvən yazılması səbəbindən torpağa dair şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) onlara məxsus olmasını təsdiq edə bilmir. Halbuki, onun soyadı, adı, atasının adı "İddiaçı1", arvadının soyadı, adı və ata adı "İddiaçı2", uşaqlarının soyadı, adı və ata adları " İddiaçı4 “ və “Nümayəndə”dur. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyirlər. Ancaq şəhadətnamədə və arayışda qeyd olunan yanlışlığa görə bu mümkün olmamışdır. Bununla bağlı şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışında (çıxarışda) qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasinin İqdisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi müraciət etdilər. Lakin, oradan ona məhkəməyə müraciət etmək hüquqları izah olundu. O JN-129F KOD 90200002 şəhadətnamənin və hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) onlara məxsus olması faktını başqa qaydada müəyyən edə bilmirlər. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 etibarnamə üzrə nümayəndələri Nümayəndə məhkəmə iclasında verdiyi izahatında JN- 129F, KOD 90200002 şəhadətnamənin iddiaçılara məxsus olması haqqında dövlət reyestrinin arayışda (çıxarışda) səhvən yazılmış adlarının, soyadlarının və ata adlarının düzəldilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ümid oğluna və üçüncü şəxs AR İN yanında ƏMDX DƏD KR Publik Hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər, bununla belə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini, eyni zamanda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianı, iddiaçı və iddiaçıların nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.1997-ci il tarixdə doğulmuş İddiaçı4, xx.xx.1994-cü il tarixdə doğulmuş Nümayəndə atası İddiaçı1, anası İddiaçı2dır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1, X17 12 mart 1992-ci il tarixində Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və 58 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Salaxbanova” soyadı verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Salaxbanov X13 şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6, X3, X14, X9, X12, X10 torpaq sahəsinə ümumi birgə mülkiyyətdədirlər. İşdə olan torpağa mülkiyyət hüququna dair JN- 129F, KOD 90200002 şəhadətnamədən görünür ki, X14, X9, X12, X4 Mingəçevir şəhərində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, dövlət reyestrindən çıxarışda göstərilən hüquq subyektlərinin adı, atasının adı və ya soyadı çıxarışın verilməsinə əsas olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edildiyi kimi verilmişdir. Hüquq subyektlərinin adı, soyadı, atasının adında hər hansı düzəlişlər edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. İşdə olan Zaqatala rayon Qeydiyyat şöbəsindən daxil olmuş arayışa əsasən Nümayəndə ailə üzvləri kimi atası İddiaçı1, anası İddiaçı2, bacısı İddiaçı4 Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçılara İddiaçı1, İddiaçı2, Nümayəndə, İddiaçı4 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə JN- 129F, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə İddiaçı1 soyadı Salahbanov, adı Kərim, ata adı Ümid oğlu, İddiaçı2 –soyadı Salahbanova, İddiaçı4 soyadı – Salahbanova, adı Pünhan ata adı Kərim qızı və Nümayəndə isə - soyadı Salahbanov, ata adı “Kərim” kimi qeyd olunmuşdur. Hazırda iddiaçılar sənəddəki ad, soyad və ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair dövlət reyestrinin arayışının onlara məxsus olması əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə JN- 129F, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və Nümayəndə məxsusdur, həmin sənəddə yazılmış “X14”nun soyadı, adı və ata adı “İddiaçı1”, X1 Salaxbanova kimi, “X12”nun soyadı, adı, ata adı “Nümayəndə,” “X7”nun soyadı, adı, ata adı “İddiaçı4” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, iddianın predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə JN- 129F, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı1, Nümayəndə, İddiaçı2 və İddiaçı4 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə JN- 129F, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər İddiaçı1, İddiaçı2, Nümayəndə və İddiaçı4 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə JN- 129F, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və dövlət reyestri arayışının İddiaçı1 Ümid oğlu, İddiaçı2, İddiaçı4 və Nümayəndə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar