Məhkəmə qərarları › İş №2(051)-1189/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1189/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1189/2025 06.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Muğdət qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Muğdət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Muğdət qızından 1300 manat əsas borc, 300 manat əldən çıxmış fayda olmaqla, cəmi 1600 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşlı qadındır, öz halal zəhməti ilə dolanır. Dövlət tərəfindən ona verilən pensiya ilə dolanır. Cavabdeh Muğdət qızı onlarla eyni binada yaşayır və mənzil qonşusudurlar. 2023-cü ilin yay aylarında ora köçmüşdür. 2024-cü ilin yanvar ayında Roza ona dedi ki, nəvəsi Mingəçevir şəhər Dövlət universitetinə daxil olunub və onun təhsil haqqını ödəmək üçün 2500 manat pul lazımdır və ondan borca istəmişdir. Qonşu olduqlarına görə ona kömək etmək qərarına gəldi və pensiyasından topladığı puldan 2500 manat pulu borc olaraq Cavabdeh Muğdət qızına verdi. O, borc pulu alarkən söz verdi ki, 2 ay müddətinə borcunu tam şəkildə geri qaytaracaqdır. İki ay keçdikdən sonra pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirmiş və pulunu tam həcmdə geri qaytarmamışdır. Bu müddət ərzində Roza ondan aldığı 2500 manat borcdan hissə-hissə 1200 manatını qaytarmış və ona 1300 manat əsas borcu qalmışdır. Qalan pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılarkən Cavabdeh Muğdət qızı ona borclu olduğunu bir daha bildirmişdir. Lakin həmin vaxtı da müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Polis şöbəsindən ünvanlanmış xx.xx.2024-cü il tarixli M-31598/2024 saylı cavab məktubunda müraciətdə qeyd olunan xüsusatlarla bağlı məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Ona görə də məcbur olub məhkəmədə mülki iddia qaldırmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Muğdət qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıdan borc pul alaraq qohumuna verdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində Cavabdeh öz qonşusu İddiaçı borca pul alaraq ona verdiyini bildirmişdir. İş materialları: xx.xx.2025-ci il tarixdə 102 №li 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədova X2 şəhəri, N.Nərimanov küçəsi, ev 43, mənzil 37 ünvanında yaşayır. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, şəhər polis şöbəsinə etmiş olduğu müraciəti ilə bağlı olaraq araşdırma aparılmış, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X1 Mingəçevir Şəhər Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, İddiaçı tanıyır. Qohumu Cavabdeh vasitəsi ilə ondan 1000 manat borc pul almışdır. Daha sonra borcunu 3 ay müddətində ödəmək üçün onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 36 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı İddiaçı Cavabdeh Muğdət qızına aralarında olan razılaşmaya əsasən 2500 manat borc pul vermişdir. Cavabdeh borcundan 1200 manat iddiaçıya qaytarmışdır. Cavabdehin iddiaçıya 1300 manat borcu qalmışdır. İddiaçı pulunu cavabdehdən tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdehin iddiaçıya 1300 manat borcu qalmışdır. İddiaçı tələb etdiyi əldən çıxmış fayda ilə bağlı olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də pulun qaytarılması məqamında iddiaçının cavabdehdən əldən çıxmış fayda kimi 300 manat tələb etməsi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh Muğdət qızından 1300 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh Muğdət qızından alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Muğdət qızından 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh Muğdət qızından tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar