Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1190/2025 07.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, çoxdan tanışı olan X2 2022-ci il tarixdə yaşadığı evə gələrək təcili pul lazım olduğunu, pulu tapa bilməsə işlətdiyi mağazanın əlindən çıxacağını bildirmişdir. Acınacaqlı vəziyyətdə olduğundan ona 9000 manat pulu borc kimi vermişdir. Həmin vaxt evdə pulu verən zaman qızı və həyat yoldaşı da orada olmuşdur. Pulu verən zaman hər ay 1000 manat geri qaytaracağını bildirmişdir. Lakin cəmi 1000 manat verdikdən sonra pulu geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə özü ilə şifahi danışıqları zaman pulu geri tələb etsə də bundan imtina etmiş və pulunun olmadığını bildirmişdir. X1 ilə danışdıqda o bacısının imkanının zəif olduğunu, hər ay 500 manat məbləğində borcdan qaytarmağı öz üzərinə götürmüşdür. Hətta bunu yazılı şəkildə də yazmış və imzalamışdır. Beləliklə, artıq 2 ildən çox zaman keçməsinə baxmayaraq cavabdeh pulu hələ də qaytarmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, İddiaçı olan borcunu geri qaytardığını, hazırda həmin şəxsə borcunun olmamasını bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində İddiaçı bacısı Vüsalənin həqiqətən pul aldığını, lakin borcunu ona qaytardığını, bundan sonra İddiaçı yenə də onlardan pul tələb etdiyinə görə ona qəbz yazıb verdiyini bildirmişdir. İş materialları: 10 aprel tarixli Cavabdeh bacısı Rəfiqə tərəfindən verilmiş qəbzdən görünür ki, o, bacısının borcu olan 7000 manat pulu hissə-hissə olaraq hər ay 500 manat verəcəyinə dair öz imzası ilə təsdiq etmişdir. İddiaçı Mingəçevir Şəhər Polis Şöbəsinə etmiş olduğu müraciət əsasında toplanmış material üzrə xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı həqiqətən də müxtəlif vaxtlarda 1000 manat, 800 manat, 300 manat olmaqla, cəmi 2100 manat pul götürmüş və həmin borcunu geri qaytarmışdır. İşin müəyyən olunmuş halı İddiaçı Cavabdeh aralarında olan razılaşmaya əsasən 9000 manat borc pul verdiyini, cavabdehin 1000 manat qaytardıqdan sonra 8000 manat borcunun qalmasını, həmin borcun ödənilməsini tələb edir. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 1000 manat, 800 manat, 300 manat olmaqla, cəmi 2100 manat pul götürmüş və həmin borcunu geri qaytarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 1000 manat, 800 manat və 300 manat olmaqla, cəmi 2100 manat borc pul götürməsi və geri ödəməsini qeyd etmişdir. Cavabdeh götürdüyü pulu qaytarması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin, İddiaçı cavabdehdən tələb etdiyi borc məbləğinin qalan hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 2100 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1190/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1190/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver