Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1195/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehdən 3062,08 manat əsas, 15,71 manat faiz, 0 manat cərimə və 0 manat komisiyyon olmaqla, cəmi 3077,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 51,18 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 10 dekabr 2008-ci il tarixli qərarı ilə qeydiyyata alınmış Banklarda Kreditlərin Verilməsi Qaydalarının 4.1.17-ci maddəsinə görə kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilməlidir: - kreditin məqsədi və dəqiq təyinatı; - kreditin şərtləri (kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komisyon haqları ( əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər); - kreditin qaytarılma qrafiki; - kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri; - kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; - tərəflərin hüquq və vəzifələri; - tərəflərin məsuliyyəti; - mübahisələrin həlli qaydası. İş materiallarında olan 08.07.2019-ci il tarixli kredit müqaviləsi çox xırda şriftlərlə yazıldığından məhkəmə hesab edir ki, həmin müqavilə nəinki borcalan üçün, həmçinin məhkəmə üçün də asan oxunan deyildir. Bundan əlavə iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən 3077,79 manat borcun alınaraq ödənilməsini tələb etsə də, tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, bank tərəfindən borcalana (cavabdehə) 60 ay müddətinə Azərbaycan Respublikası prezidentinin fərmanına uyğun olaraq güzəştli şərtlərlə 1 faiz hesablanmaqla 3154,49 manat kredit vermişdir. Lakin iddiaçı tərəfindən ayrılmış 3154,49 manat kreditin verilməsini təsdiq edən kassa məxaruic orderini iddia ərizəsində göstərmiş, nə də onu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən iddiaçı «Unibank” KB -nin iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 152.1.5, 152.2, 152.3, 152.4, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə)Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1195/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1195/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver