Məhkəmə qərarları › İş №2(051)-1196/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1196/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1196/2020 26.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır eyni kənddəndirlər. Ağdam rayonu Göytəpə kəndində bir yerdə yaşamışlar. Ağdam rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Mingənçevir şəhərində məskunlaşmışlar. Cavabdeh da həmin vaxtdan Mingəçevir şəhərində məskunlaşmışdır. Əvəllər münasibətləri yaxşı olmuşdur. Mehman və Yevlax rayon Aran qəsəbəsində yaşayan X1 ilə birlikdə onunla görüşərkən avtomaşınla Rusiya Federasiyasına bazara qarpız alıb aparmaq üçün pul ehtiyac olduğunu bildirdilər. Həmin vaxt nağd pul olmadığını bildirdi. Mehmanla Rəşad inandırıb dedilər ki, bankdan öz adına 12000 manat pul kredit götürüb onlara versin ki qarpızı Rusiyaya vura bilsinlər satdıqdan sonra isə pulunu banka ödəyəcəklər. Bundan sonra “xxxxxxxxx” ASC-nin Mingəçevir filialından 12000 manat pul götürüb borc olaraq Mehman və Rəşada vermişdir. Mehman və Rəşada 12000 manat borc pul verdikdən sonra münasibətləri dahada yaxşı olmuşdur. Onda sonra Mehmanla Rəşad 12000 manatı aldıqdan sonra Rusiyaya qarpız apardılar satdılar lakin ondan aldıqları borc pulu qaytarmadılar. Onlar aldıqları pulu qaytarmadıqları üçün onların günahı ucbatında xeyli miqdarda bank faizləri ödəmişdir. Dəfərlərlə Mehmandan pulunu tələb etsədə ona olan borcunu qaytarmamışdır. Müftəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Hazırda Cavabdeh 4500 manat borcu vardır. Qeyd olunanlara əsasən Cavabdeh 4500 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxxx 2020-cı il tarixli, 1341 saylı arayışından görünür ki, İddiaçı işğal nəticəsində yaşayış yerini məcburi tərk etmiş hazırda ünvan 1ünvanda yerləşən M1S ünvanda yaşayır. Mülki işə əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialdan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Əliyev Rəşad (Rac) Məhərrəm oğlunun və Cavabdeh əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinəəsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxardıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsindəəqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görəəqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçının cavabdehə 4500 manat məbləğdə borc pul verməsi sübuta yetirilmir. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan pul məbləğinin cavabdehə verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbitəmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar