Məhkəmə qərarları › İş №2(051)-1198/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1198/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1198/2021 13.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurənin Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1) 05.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 2) 06.03.2020-ci il tarixli müqavilə üzrə Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün 129.9 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat ödənilməmiş ödənilməmiş hissə, 12.1 (on iki manat on qəpik) manat cərimə, 3) 18.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 4) ümumilikdə 1176 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra mətndə Məhkəmə) 01.07.2021-ci il tarixli, 2(051)-1198/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiaaları iddia icraatına keçirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının numayəndəsi məhkəməyə telegram göndərərək işə onların iştirakı olmadan baxılmasına etirazı yoxdur, iddianı müdafiə edir və qiyabi qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində belə əsaslandırmışdır ki, cavabdeh ABC Telecom” MMC ilə 05.03.2020-ci il, 06.03.2020-ci il və 18.06.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********45517 olan X3 8 markalı telefon, Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor, İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon almış və nəticədə 1176 (bir min bir yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 614 (altı yüz on dörd) manat (17 ay x 36 manat+ 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün ümumilikdə 594 ( beş yüz doxsan dörd) manat olmaqla ondan, 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə miqdarında borc yaranmışdır. 06.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 147.9 (bir yüz qırx yeddi manat doxsan qəpik) manat (17 ay x 8.7 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün ümumilikdə, 142 (bir yüz qırx iki) manat olmaqla ondan, 129.9 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat ödənilməmiş ödənilməmiş hissə, müştəryə güzəşt olunaraq 12.1 (on iki manat on qəpik) manat cərimə; 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 440 (dörd yüz qırx) manat olmaqla ondan, 400 (dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 412 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də məhkəmədən 1) 05.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 2) 06.03.2020-ci il tarixli müqavilə üzrə Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün 129.9 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat ödənilməmiş ödənilməmiş hissə, 12.1 (on iki manat on qəpik) manat cərimə, 3) 18.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 4) ümumilikdə 1176 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş 20147346 №-li 05.03.2020-ci il tarixli müqaviləsi və ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün alqısatqıüçün 614 (altı yüz on dörd) manat (17 ay x 36 manat+ 2 manat ilkin ödəniş) ödəniş hesablanmışdır. İşə əlavə olunmuş 20148167 №-li 06.03.2020-ci il tarixli müqaviləsi və ödəniş cədvəlindən görünür ki, Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün alqı-satqı qiyməti 147.9 (bir yüz qırx yeddi manat doxsan qəpik) manat (17 ay x 8.7 manat + 0 manat ilkin ödəniş) ödəniş hesablanmışdır. İşə əlavə olunmuş 00921683 №-li 18.06.2019-cu il tarixli və ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) ödəniş hesablanmışdır. İşə əlavə olunmuş 18.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barəsində xəbərdar edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin nisyə alqı-satqıya aid müddəalarına, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598-ci maddəsinə görə, əgər alıcı alqısatqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin cərimə ilə bağlı şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 21,51 manat məbləğdə cərimə hesablanmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və 05.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 06.03.2020-ci il tarixli müqavilə üzrə Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün 129.9 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat ödənilməmiş ödənilməmiş hissə, 12.1 (on iki manat on qəpik) manat cərimə, 18.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 1176 manat borc cavabdeh Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh Cavabdeh 05.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45517 olan X3 8 markalı telefon üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 06.03.2020-ci il tarixli müqavilə üzrə Xiaomi markalı qulaqlıq, Power Bank və adaptor üçün 129.9 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat ödənilməmiş ödənilməmiş hissə, 12.1 (on iki manat on qəpik) manat cərimə, 18.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********676609 olan Sansung Galaxy A50 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 1176 manat borc tutulub İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul cavabdeh X1 tutulub İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar