Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1200/2020 26.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, iddiaçı «xxxxxxxxx» X4 Təşkilatı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2, və Cavabdeh1 iştirakı ilə, İddiaçı: X4 Təşkilatı «xxxxxxxxx» MMC-nin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxx» X4 Təşkilatı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1312.29 manat məbləğdəəsas borc, 412.70 manat məbləğdə faiz borcu, 1588.09 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 3313.08 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub «xxxxxxxxx» X4 X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X4 Təşkilatı «xxxxxxxxx» MMC-nin etibarnaməüzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə BOKT «xxxxxxxxx» MMC ilə № KAMin 123807/14 saylı kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə 34 faiz illik faiz dərəcəsi olmaqla 5000 manat məbləğdə kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı “xxxxxxxxx” X4 X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, KAMİN 123807/14 saylı kredit müqaviləsinə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1, öz xahişini nəzərə alaraq kreditin restrukturizasiyası məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə 1 saylıəlavə razılaşma bağlanmışdır. 123807/14 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli razılaşma bağlanmış və müqavilənin bitmə tarixi xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh ona olunmuş bu güzəştdən də yararlanmamışdır. Borclular kredit müqaviləsi üzrəöhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini icra etməmişlər. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 1312.29 manat məbləğdəəsas borc, 412.70 manat məbləğdə faiz borcu, 1588.09 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 3313.08 manat məbləğdə borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub X4 Təşkilatı «xxxxxxxxx» MMC-nəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə qismən razı olduğunu bildirmiş və ona hesablanmış cərimə borclarının azaldılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş BOKT «xxxxxxxxx» MMC -nin xx xxxx 2020ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixə BOKT «xxxxxxxxx» MMC-nə cəmi 3313.08 manat məbləğdə borcu qalmışdır. İddia ərizəsinəəlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2014-cü ildə BOKT «xxxxxxxxx» MMC ilə müqavilə bağlayaraq 5000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 34 faiz əlavəsi ilə 24 ay müddətinəödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2 arasında birgə zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 öhdəliyini icra etmədikdə, onunla birgə məsuliyyət daşımağınıüzərilərinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2016-cı il tarixdə 1 saylıəlavə razılaşmadan görünür ki, xx xxxxxx 2014-cü il tarixli, KAMin 123807/14 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşmada restrukturizasiyadan sonra 3115.54 manat təşkil edərək ödəniş müddəti 22 ay və xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq vəöhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinəəsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinəəsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi dəəsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuşşəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 6.1-ci maddəsində göstərilmişdir ki, borclu aldığı krediti və ona hesablanmış faizləri bu müqaviləyə dair 1 saylı əlavə üzrə, qrafikə uyğun ödəmə müddətlərini pozduqda, əsas məbləğüzrə hər gecikdirilən təqvim günüüçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 1 faizi cərimə tətbiq edilir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 1588.09 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 1588.09 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 30 manat miqdarda dəbbə pulu alınmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinəəsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyəərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə «xxxxxxxxx» X4 Təşkilatı QSC-nin arasında xx xxxxxx 2014-cü il tarixli, KAMin 123807/14 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli razılaşma ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 1312.29 manat məbləğdəəsas borc, 412.70 manat məbləğdə hesablanmış faiz borcu, 30 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1754.99 manat məbləğdə pul alınaraq «xxxxxxxxx» X4 Təşkilatı QSC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub «xxxxxxxxx» X4 Təşkilatı QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1200/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1200/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver