Məhkəmə qərarları › İş №2(051)-1200/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1200/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1200/2023 14.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X1 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun cavabdehlə münasibətlərindən 06 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarına rəsmi nikah olmadığından Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-894/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü Günay adlı uşağın atası olması müəyyən edilmiş və uşağın saxlanılması üçün hər ay 120 manat məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edlmişdir. Sonradan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-663/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artılırılaraq 140 manat müəyyən olunmuşdur. Bu müddət ərzində cavabdeh almetindən başqa uşağın saxlanılması üçün heç bir köməklik etməmişdir. O isə krayədə qalır avə hes bir yerdə işləmir və heç bir yerdən də gəliri yoxdur. Bu səbəbdən də uşağa baxmaqda çətinlik çəkir. Cavabdeh Rusiyaya gedib-gəlir və yüksək qazanc əldə edir. Cavabdehin Mngəçevir şəhərində bir neçə evi, şəxsi bir neçə avtomolbilləri var. Aldığı aliment yaşadığı evin kirayə ödənişinə ancaq kifayət edir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia qəbul etməyərək bildirdi ki, iddiaçı ilə nikahdan kənar münasibətlərdə olmuş və bu münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Günay adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)- 894/2020 saylı qətnaməsinə əsasən onun 06 yanvar 2020-ci il təvəllüdlü Günay adlı uşağın atası olması müəyyən edilmiş və uşağın saxlanılması üçün hər ay 120 manat məbləğində aliment ondan tutularaq iddiaçıya verilməsi qət edlmişdir. Sonradan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-663/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artılırılaraq 140 manat müəyyən olunmuşdur. Qətnamə ilə müəyyən edilmiş alimenti çox çətinliklə ödəyir. Belə ki, səhətində olan problemlərlə əlaqədar 3 dəfə cərrahi əməliyyat keçirmişdir. İş qabiliyyətini demək olar ki, itirmişdir. Alimeti şəhid anası olan anası üçün ayrılmış məvaciblə ödəyir. Başqa bir qazancı yoxdur. Hazırda səhəti ilə əlaqədar işləməsi və qazanc əldə etməsi mümükünsüzdür. Düşdüyü maddi sıxıntıya görə bankdan kredit götürmüş və kredit ödəyir. Uzun illərdi ailəlidir və iddiaçı ilə heç bir ailə münasibətlərində olmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia əsassızdır. İş materiallarında olan Mingəçevir regional ASAN xidməti mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 475030 saylı, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 06 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşaqları var. İş materiallarında olan AZ-İ № 352674 nömrəli, xx.xx.2020-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, 06 yanvar 2020-ci il təvəllüdlü Günay adlı uşağın atası Cavabdeh hesab edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-663/2022 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə tərəfinqdə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materallarına əlavə olunmuş Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdın görünür ki, Cavabdeh «xroniki daşla xolesistitin kəskinləşmsəsi diaqnozu ilə xəstətdir və tibbi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş EPİKRİZ-dən görünür ki, Cavabdeh «Kesin Tanı (M23,2) Keçmiş travma və cırılmı meniskin zədələnməsi», «Kesin Tanı (M17) Qonartroz (duz oynağının artrozu)» və «Sağ diz oynağının iç meniskinin köhnəlmiş yırtığı, ÖÇB hissəvi zədələnməsi, Sağtərəfli 1d qonartroz» diaqnozu ilə xəstəxanaya müraciət etmiş və xx.xx.2020-ci il tarixdə tibbi cərrahi əməliyyat olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* nömrəli Vəsiqədən görünür ki, Cavabdeh himayəsində olan anası X3 şəhid ailəsi statusuna malikdir. İş materiallarına əlavə edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ailəlidir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, iddaçı cavabdehlə qeyri rəsmi münasibətlərindən 06 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İddiaçının cavabdehlə rəsmi nikah olmadığından Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-894/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü Günay adlı uşağın atası olması müəyyən edilmiş və uşağın saxlanılması üçün hər ay 120 manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edlmişdir. Sonradan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-663/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artılırılaraq 140 manat müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı məhkəmənin müəyyən etdiyi alimentin miqdarını artırılmasını tələb edir. İddiaçı maddi vəziyyətinin çətin olmasını, kirayədə yaşamasını, cavabdehin yüksək qazanc malik olmasını və cavabdehin Mingəçevir şəhərində bir neçə evinn, şəxsi bir neçə avtomolbilləri oldmasını iddia etsədə bu barədə məhkəməyə sübutlar təqdim edə bilmədi. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edlmiş alimentin dəyişdirilməsini tələb etməsi iddiaçının hüququdur. Lakin alimentin miqdarının dəyişdirilməsinin əsasları tərəflərin birini ailə və maddi vəziyyətində dəyişiklərin baş verməsi, həmçinin tərəflərin diqqətlayiq başqa maraqları təşkil edir. Ailə vəziyyətinin dəyişməsi dedikdə ailədə uşaqların sayının artması, maddi dəyişməsi dedikdə isə tərəflərin birinin maddi vəziyyətinin yaxşılaşması, gəlirinin artması təşkil edir və bu maddi vəziyyətin yaxşılaşması və gəlirlərin artması daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. İddiaçı alimentin miqdarının artırılması tələbi irəli sürdükdə yuxarıda göstərilən bu əsaslar barəsində məhkəməyə sübutlar təqdim etməldir. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından və tərəflərin izahatlarından da müəyyən olunur ki, cavabdehin maddi vəziyyətində dəyişikliklər olmamış və gəliri armamışdır. Əksinə işin araşdırması nəticəsində müəyyən olundu ki, Cavabdeh «xroniki daşla xolesistitin kəskinləşmsəsi diaqnozu ilə xəstətdir və tibbi qeydiyyata alışmışdır. Həmçinin Cavabdeh «Kesin Tanı (M23,2) Keçmiş travma və cırılmı meniskin zədələnməsi», «Kesin Tanı (M17) Qonartroz (duz oynağının artrozu)» və «Sağ diz oynağının iç meniskinin köhnəlmiş yırtığı, ÖÇB hissəvi zədələnməsi, Sağtərəfli 1d qonartroz» diaqnozu ilə xəstəxanaya müraciət etmiş və xx.xx.2020-ci il tarixdə tibbi cərrahi əməliyyat olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılması hələlik məqsədə müvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddası əsassız oluduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar