Məhkəmə qərarları › İş №2(051)-1202/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1202/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1202/2020 24.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh X5 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixindən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxxxx 2016ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qqədər hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, O cavabdeh X8 ilə xx xxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından bir uşaqları- xx xxxxxx 2016-cı il təvəllüdlü X9 anadan olmuşdur, Dəfələrlə aralarında olan narazılıqlar səbəbindən aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il 2(051)- 4662/2017 tarixli qətnaməsinə əsasən övladı, xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Taleh Hüseynovdan hər ay uşağa 100 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Lakin hazırda bu məbləğlə uşağın tələbatlarını ödəyə bilmədiyinə görə alimentin artırılması ilə bağlı məhkəməyə yenidən müraciət etmişdir. Çünki günü gündən uşağın tələbatları artır, bu məbləğlə onun geyim, yemek, digər ehtiyaclarını normal qarşılaya bilmir. Günü gündən hər şeyin qiyməti artır. Özü valideynlərinin himayəsindədir. Cavabdehin ödədiyi hazırki məbləğlə artıq uşağın hazırki təminatını ödəmək çətindir. Ona görə də, xx xxxxxx 2017-ci il tarixindən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxxxx 2016-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qqədər hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasında izahatında göstərmişdir ki, o iddiaçı ilə xx.xx.2015-ci il də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan Kamil adlı övladları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən iddiaçı ilə ayrılmışdırlar. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-4662/2017 saylı qətnaməsinə əsasən ondan birgə nikahdan olan Kamil adlı uşağın saxlanması üçün 100 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin o bu məbləği ödəməkdə çətinlik çəkir. Belə ki, o ikinci dəfə ailə qurmuşdur və bu nikahdan da 3 övladı var. Ona görə iddianın qismən təmin olunmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər 4 saylı MİS-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cəfərova X2 şəhəri, Əkinçi küçəsi ev 26 ünvanında yaşayır. İşə əlavə olunmuş Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Tərəflərin nikahı xx xxxxxx 2017-ci ildə 09 nömrəli aktla boşanmışlar. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4662/2017 saylı qətnaməsindən görünür ki, X3 xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, sonuncu dəfə aliment artırıldıqdan sonra uşaq üçün müəyyən edilmiş yaşayış minimumu artmışdır. Məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın saxlanması üçün alimentin artırılaraq hər ay 120 manat müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-4662/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün X4 hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. X4 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar