Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-121/2023 30.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı və nümayəndəsi (vəkil) Vəkil İddiaçı cavabdehlər Cavabdeh2, X15 qarşı miras əmlaklarda payın müəyyən edilməsi və miras qoyana çəkilən xərclərin tələb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X8 miras qalmış, ünvan 1 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin, ümumi qazanc hesabına əldə etdikləri “BMW 3181” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində miras payın müəyyən edilməsi və mərhum əri Dağlar Rəsulov müalicəsinə və dəfninə çəkdiyi 5000 manat xərcin miras dəyərindən tutularaq ona verilməsi, dövlət rüsumu kimi ödənilmiş 175 manat pulun cavabdehlər Cavabdeh2 və X10 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 aprel 2010-cu ildə X17 ilə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. Dağlar Rəsulov ondan əvvəl nikahda olmuşdur. Özü dediyinə əvvəlki nikahdan iki nəfər qızı doğulmuşdur. İddiaçı ilə nikahından övladı olmamışdır. Ailə quranda ünvan 2 ünvanda yerləşən, 0.04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Həmin evi birgə qazancları hesabına təmir etdirmişlər. Birgə təsərrüfat idarə edib, birgə qazancları ilə xx.xx.2014-cü ildə 99FS913 dövlət qeydiyyat nişanlı, BMW 3181 markalı, buraxılış ili 1998-ci il olan avtomobil almışlar. 2022-ci ilin əvvəlində əri Dağların səhhətində narahatlıq yaranıb. Sonradan ərini Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinə aparıb. 4 gün həmin mərkəzdə (xx.xx.2022-xx.xx.2022) analizlər verərək, xəstəliyin mənbəyini öyrəndik. 4 gün ərzində analizlərə 2000 manat xərc çəkib. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Hospitalda analizlər verərək pul ödənişləri etib. xx.xx.2022-ci il tarixdə (Faktura) 174.46 manat (bir yüz yetmiş dörd manat qırx altı qəpik), xx.xx.2022-ci il tarixdə (Faktura) 50 manat (əlli manat), xx.xx.2022-ci il tarixdə (Faktura) 150 manat (bir yüz əlli manat), xx.xx.2022-ci il tarixdə (Qəbz-Faktura) 50 manat (əlli manat), xx.xx.2022-ci il tarixdə (Faktura) 50 manat (əlli manat), xx.xx.2022-ci il tarixdə (Qəbz) 250 manat (iki yüz əlli manat) ödənişlər edərək, sənədlər alıb. 09 fevral 2022-ci il tarixdə tam analizlər məlum olub. 13 fevral 2022-ci il tarixdə əri Dağlar diaqnoza uyğun olaraq xərçəng xəstəliyindən vəfat etib. 14 fevral 2022ci il tarixdə Mingəçevir kənd qəbirstanlığında dəfn edilib. 2000 (iki min) manat pul xərcləndi. Yas mərasimində təxminən 900 (doqquz yüz) manaı yığıldı. Anarın çəkdiyi xərcdən 1500 (bir min beş yüz) manatını vermişəm, 500 (beş yüz) manat isə hələ borclu qalmışam. Dağların qəbrinin qazılmasına Taleh adlı şəxsə 80 (səksən) manat, məzarın içinə düzmək üçün dörd ədəd beton piltəyə 40 (qırx) manat, mərhumun yuyub-kəfənləyən Mahir adlı şəxsə 100 (bir yüz) manat, məzar daşının hazırlanması üçün usta Seymur adlı şəxsə 1500 (bir min beş yüz) manat pul verib. Dağların qızları hazırki, iş üzrə cavabdehlər X20 və Cavabdeh2 tanımır. Dağlarla 11 illik evlilik müddətində yaşadıqları evə gəlməmiş, atalarını yoxlamamışlar, yasına belə gəlmədilər. Ancaq hazırda atalarından miras qalmış əmlakın qəbulu ilə bağlı Mingəçevir Regional “Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişlər. Cavabdehlər X20 və Cavabdeh2 ataları Dağlardan miras qalmış evdə qeydiyyatdırlar. İddiaçı notariat ofisinə yaxınlaşıb, ərindən miras qalmış əmlaka, mənzilə vərəsəlik şəhadətnaməsi verməyi xahiş edəndə, Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisindən bildirdilər ki, miras əmlaka vərəsələr arasında mübahisə olduğu üçün, məhkəməyə müraciət etməlisiniz. Odur ki, mərhum əri X8 miras qalmış, ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin, birgə nikahları dövründə əldə etdikləri “BMW 3181” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində miras payın müəyyən edilməsi və mərhum əri Dağlar Rəsulov müalicəsinə və dəfninə çəkdiyi 5000 manat xərcin miras dəyərindən tutularaq ona verilməsi, dövlət rüsumu kimi ödənilmiş 175 manat pulun cavabdehlər Cavabdeh2 və X10 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə etiraz ünvanlayaraq iddianı qismən qəbul etdi və bildirdi ki, iddianın “BMW 3181” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində miras payın müəyyən edilməsi və mərhum əri Dağlar Rəsulov müalicəsinə və dəfninə çəkdiyi 5000 manat xərcin miras dəyərindən tutularaq ona verilməsi hissəsini mübahisə olduğunu bildirdi. Belə ki, sözügedən avtomobil iddiaçı ilə atasının birgə nikahı dövründə alınsa da, həmin avtomobil həyətin bir hissəsinin satılması nəticəsində əldə olunmuş pul hesabına alınmışdır. Həmçinin dəfn xərci olaraq qeyd etdiyi 5000 manat atasının sağlığında yığdığı pullardır. Həmin pulu iddiaçı özü işləmədiyi üçün qazana bilməz. Odur ki, həmin 5000 manat pulun ½ hissəsi atasına məxsus olmuşdur. Buna görə də bütün miras əmlakın varislər arasında bərabər paylarla bölünməsi və miras qoyana çəkilən xərclərin tələb edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əsasən təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı Cavabdeh2 öz izahatında bildirdi ki, sözügedən avtomobil iddiaçı ilə atasının birgə nikahı dövründə alınsa da, həmin avtomobil həyətin bir hissəsinin satılması nəticəsində əldə olunmuş pul hesabına alınmışdır. Həmçinin dəfn xərci olaraq qeyd etdiyi 5000 manat atasının sağlığında yığdığı pullardır. Həmin pulu iddiaçı özü işləmədiyi üçün qazana bilməz. Odur ki, həmin 5000 manat pulun ½ hissəsi atasına məxsus olmuşdur. Buna görə də bütün miras əmlakın varislər arasında bərabər paylarla bölünməsi və Dağlar Rəsulovun müalicəsinə və dəfninə çəkdiyi 5000 manat xərcin miras dəyərindən tutularaq iddiaçıya verilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.. xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı Cavabdeh1 digər cavabdehin izahatına uyğun izahat verdi və bütün miras əmlakın varislər arasında bərabər paylarla bölünməsi və Dağlar Rəsulovun müalicəsinə və dəfninə çəkdiyi 5000 manat xərcin miras dəyərindən tutularaq iddiaçıya verilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq məhkəməyə məlumat ünvanlayaraq işə onların iştirak olmadan baxılmasını xahiş etmişlər. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 ilə İddiaçı nikahları xx.xx.2010-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində bağlanmış və 88 nömrə ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli 1627 nömrəli məktubdan görünür ki, mirasın bölüşdürülməsi barədə mübahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli **********24-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, 0,06 ha torpaq sahəsi üzərində X11 tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X17 öz adına olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsini X1. İşdə olan 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********82-10301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, X3 şəhəri Ü.Hacıbəyov küçəsi 17/15 saylı ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin hüquq subyektidir. İşdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşə, 0,04 ha torpaq sahəsi X11 tam mülkiyyətindədir. İşdə olan xx.xx.2014 tarixli X6 Şəhadətnaməsindən görünür ki, “BMW 3181” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan avtomobil alqı-satqı müqaviləsi əsasında, birgə nikah dövründə X2 verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 05/Q-421/15 arayışdan görünür ki, xx.xx.1956-cı il tarixdə Mingəçevir şəhərində anadan olan X17 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və ailə tərkibinin 1.arvadı: İddiaçı, 2.qızı: X18, 3.qızı:X12 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilkin lokalizasiya naməlum bədxassəli yenitörəmə xəstəliyindən vəfat etmişdir, ölümü aktlar qeydi kitabında xx.xx.2022-ci il tarixli 54№ ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Rəsulov Dağların məzar daşı üçün 1500 manat, fəhlə üçün 80 manat və beton piltə üçün 40 manat pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı digər dəfn (kəfənləmə) xərcləri üçün 100 manat pul ödəmişdir. İşdə olan faktura və ödəniş qəbzlərindən görünür ki, İddiaçı X17 müalicəsi məqsədilə ayrı-ayrı vaxtlarda olmaqla, "xxxx" MMC-nin hesabına cəmi 724,46 qəpik ödəniş etmişdir. İşdə olan Notariat Ofisinə ünvanlanmış Ərizələrdən görünür ki, X13 məxsus əmlak onun ölümündən sonra, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq İddiaçı, Cavabdeh2 və X20 tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutların hərtərəfli tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı ilə X5 xx.xx.2010-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə münasibətindən uşaqları doğulmamışdır. X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X11 birinci nikahından isə xx.xx.1990-cu il tarixdə Cavabdeh2 və xx.xx.1989-cu il tarixdə Cavabdeh1 doğulmuşdur. X4 ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi, BMW 3181 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998, gümüşü metallik rəngli avtomobil miras qalmışdır. X11 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı ərindən və 2 nəfər uşağı: Cavabdeh2 və Cavabdeh1 atalarından miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə vermişlər. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, ünvan 4 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, X5 xx.xx.2022–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X4 ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsi, BMW 3181 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomobil miras qalmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, X5 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri avtomobildən payın ayrılmas ıilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun anası X16 xx.xx.2014-cü il tarixdə öldüyündən, yəni X11 öldüyü məqamda sağ olmadıqlarına görə X5nun ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, qızları Cavabdeh2 və Cavabdeh1 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. X5 tərəfindən İddiaçı ilə aralarında olan birgə nikahdan əvvəlki dövrdən əldə olunan əmlak kimi ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsi, birgə nikah dövründə isə BMW 3181 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomobil miras qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X17 ilə birgə təsərrüfatı idarə etməklə ailə münasibətlərini davam etdirmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, “BMW 3181” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan avtomobil xx.xx.2014-cü il tarixdə, yəni İddiaçı ilə aralarında olan birgə nikah dövründə, alqı-satqı müqaviləsi əsasında X2 verilmişdir. Odur ki, BMW 3181 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomobil üzərində İddiaçı birgə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, X4 miras qalmış, ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə münasibətdə İddiaçı, Cavabdeh2 və X14 qanun üzrə birinci növbəli vərəsələri tanındığı halda onların hər birinin payları bərabər bölünməli, yəni İddiaçı münasibətdə 1/3 hissədə, Cavabdeh2 münasibətdə 1/3 hissədə və X15 münasibətdə 1/3 hissədə tanınmalıdır. Belə olan halda İddiaçı iddiası ünvan 2 ünvanda yerləşən, 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə münasibətdə təmin edilməli və həmin miras əmlaka olan payı 1/3 hissədə müəyyən edilməlidir. Həmçinin İddiaçı X17 ilə birgə nikah dövründə əldə etdiyi BMW 3181 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı buraxılış ili 1998 olan avtomobil üzərində miras payın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, İddiaçı həmin avtomobil üzərində 1/2 hissə olmaqla ümumi birgə mülkiyyət hüququna malikdir. Buna görə də, ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə və X14 1/3 hissədə; BMW 3181 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomobilə İddiaçı 4/6 hissədə, Cavabdeh2 1/6 hissədə və X14 1/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddianın Dağlar Rəsulovun müalicəsinə və dəfninə çəkdiyi 5000 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə İddiaçı tərəfindən Dağlar Rəsulovun müalicəsi və dəfni üçün çəkilmiş xərc işdə olan və məhkəmə gedişi zamanı təsdiqini tapmış sübutlara əsasən hesablanaraq 2444,46 manat təşkil etmişdir. Ona görə də qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan və məhkəmə tərəfindən təmin edilməyən yas xərcinin 2555,54 manat hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəfindən yas mərasiminə çəkilmiş 2555,54 manat xərc, şifahi mülahizələrə əsaslanmış sübutlara söykəndiyindən və faktlara əsaslanan sübutlarla öz təsdiqini tapmadığından təmin oluna bilməz. Buna görə də, X11 müalicəsi və dəfni üçün çəkilmiş xərc qismində 2444 manat 46 qəpik məbləğdə pul vəsaiti miras əmlakın dəyərindən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1249-cu maddəsinə dörə digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə görə əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun 75 manat hissəsi özünə aid edilməli, digər 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və X10 müştərək qaydada iddaçı İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 X11 vərəsələri hesab edilsinlər. X4 miras qalmış ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə və X14 1/3 hissədə payları müəyyən edilsin. X4 miras qalmış BMW 3181 minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998 olan avtomobilə İddiaçı 4/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 1/6 hissədə miras payı müəyyən edilsin. X11 müalicəsi və dəfni üçün çəkilmiş xərc qismində 2444 (iki min dörd yüz qırx dörd) manat 46 (qırx altı) qəpik məbləğdə pul vəsaiti miras əmlakın dəyərindən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və X10 müştərək qaydada iddaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-121/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-121/2023
30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver