Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1211/2021 30.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Nadir oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı Nadir oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nadir oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh onun tanışıdır. Cavabdeh ondan borc pul istəmişdir. 22.12.2020-ci il tarixdə o, cavabdehə 2000 manat pul vermişdir. Həmin pulu cavabdeh 22 fevral 2021-ci il tarixdə qaytarılmalı idi. Bu barədə yazılı formada qəbz tərtib olunub. Pulun qaytarmalı olduğu müddət bitib, lakin cavabdeh həmin borcu qaytarmadı. Cavabdehə pulun ödənilməsi barədə dəfələrlə xəbardarlıq etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınır. Beləliklə, cavabdehin ona 2000 manat borcu vardır. Ona görə də iddianın təmin olunmasını, 2000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulu cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, iddaçı onun qardaşı oğlu ilə tanışdır. İddiaçı, həqiqətən də, ona 2000 manat pul vermişdir. Belə ki, ona 2000 manat pul lazım idi. Qardaşı oğluna pul lazım olduğunu bildirərək, ona 2000 manat pul göndərməyi xahiş etdi. Qardaşı oğlu ona dedi ki,Bakı şəhərində İddiaçı həmin pulu alsın o özü ödəyəcəkdir. Qardaşı oğlunun sözlrinə inanıb İddiaçı 2000 manat pul aldı və bu barədə qəbz yazdı. Lakin qardaşı oğlu sonra həmin pulu ödəməkdən imtina etdi. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 22.12.2020-ci tarixdə 2000 manat borc pul almış, 22.02.2021-ci il ildə qaytarmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 2000 manat borc pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, razılaşdığı müddətdə borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəasinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdr. Ona görə də iddia təmin olunmalı, 2000 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1211/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1211/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver